Mərkəzi Gömrük Hospitalında Qafqaz regionunda ilk dəfə olaraq Mitral klip əməliyyatı uğurla icra edilib
Mərkəzi Gömrük Hospitalında Qafqaz regionunda ilk dəfə olaraq Mitral klip əməliyyatı uğurla icra edilib
Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu və onun peşəkar komandası tərəfindən tibb sahəsində mühüm nailiyyətə imza atılıb. Belə ki, Qafqaz regionunda ilk dəfə olaraq Mitral klip əməliyyatı uğurla icra edilib.
Bu innovativ müdaxilə ürəyin mitral qapaq çatışmazlığından əziyyət çəkən və açıq ürək əməliyyatına şansı olmayan xəstələr üçün daha təhlükəsiz bir müalicə üsulu hesab olunur. Əməliyyat yüksək dəqiqlik, müasir texnologiya və böyük peşəkarlıq tələb edən mürəkkəb tibbi prosedurlardan biridir. İlqar Tahiroğlu və komandası bu çətin proseduru uğurla həyata keçirərək həm ölkəmizdə və Qafqaz regionunun tibb sahəsində yeni bir mərhələnin əsasını qoyublar.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi