Xəbərlər
Rəylər
Onlayn təqdimatlar
Büdcə daxilolmaları
Layihələr
Valyuta məzənnələri
Terminlər lüğəti
Hüquq-mühafizə fəaliyyəti
Beynəlxalq əməkdaşlıq
Tez-tez verilən suallar
Gömrük hərracı
Gömrüyün idman həyatı
Sosial layihələr
Xüsusilə külli miqdarda - 56 kiloqramdan artıq narkotik vasitə aşkar edildi
Xüsusilə külli miqdarda - 56 kiloqramdan artıq narkotik vasitə aşkar edildi
Biləsuvar Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
“Kahı, kərəviz və gül kələm” yükü aparan nəqliyyat vasitəsinə “Biləsuvar” gömrük postunda kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsində "kahı" yükünün içərisində qablaşdırılaraq gömrük nəzarətindən gizlədilən ümumi təmiz çəkisi 56 kiloqram 585 qram xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi
28 Mart 2026 10:58