Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

100 kiloqramdan artıq narkotik vasitə aşkar edildi

100 kiloqramdan artıq narkotik vasitə aşkar edildi

Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

“Astara” gömrük postunda “kələm” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsindən kələm formasına salınaraq gömrük nəzarətindən gizlədilən, qablaşdırılmaları ilə birlikdə ümumi təmiz çəkisi 43 kiloqram 565 qram xüsusilə külli miqdarda narkotik vasitə - həşiş və ümumi təmiz çəkisi 58 kiloqram 955 qram xüsusilə külli miqdarda narkotik vasitə - həşiş qətranı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

1 Aprel 2026 09:03
195