Xəbərlər
Rəylər
Onlayn təqdimatlar
Büdcə daxilolmaları
Layihələr
Valyuta məzənnələri
Terminlər lüğəti
Hüquq-mühafizə fəaliyyəti
Beynəlxalq əməkdaşlıq
Tez-tez verilən suallar
Gömrük hərracı
Gömrüyün idman həyatı
Sosial layihələr
Mərkəzi Gömrük Hospitalında “Korrupsiyaya qarşı mübarizə” mövzusunda təlimlər keçirilib
Əsas
Faydalı
Xəbərlər
Mərkəzi Gömrük Hospitalında “Korrupsiyaya qarşı mübarizə” mövzusunda təlimlər keçirilib
Mərkəzi Gömrük Hospitalında “Korrupsiyaya qarşı mübarizə” mövzusunda təlimlər keçirilib
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin əməkdaşları üçün “Korrupsiyaya qarşı mübarizə” mövzusunda təlimlər keçirilib.
Təlimlərdə korrupsiya anlayışı və mahiyyəti, onun sosial-hüquqi nəticələri, korrupsiyaya qarşı mübarizənin dövlət siyasətində prioritet istiqamətləri, korrupsiya hüquqpozmalarının növləri və məsuliyyət tədbirləri, eləcə də bu sahədə profilaktik və institusional mexanizmlər, korrupsiyaya şərait yarada biləcək hallar barədə geniş məlumat verilib.
Həmçinin iş prosesində korrupsiyaya şərait yaradan halların qarşısının alınması istiqamətində həyata keçirilən mütəmadi xarakterli tədbirlər və korrupsiya hüquqpozmalarına qarşı səmərəli mübarizə üsullarından bəhs edilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi
2 Aprel 2026 17:24