Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri gömrük xidmətlərinin nümayəndələri arasında görüş keçirilib

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri gömrük xidmətlərinin nümayəndələri arasında görüş keçirilib

Dövlət Gömrük Komitəsinin və Birləşmiş Ərəb Əmirliklərinin gömrük xidmətinin əməkdaşları arasında onlayn formatda görüş keçirilib.

Görüş kinoloji sahədə qabaqcıl təcrübələrin öyrənilməsi və mübadiləsi məqsədilə təşkil olunub.

Görüşdə hər iki ölkənin gömrük xidmətlərinin mütəxəssisləri kinoloji xidmət itlərinin yetişdirilməsi, təlim prosesi, bu sahədə onlayn müşahidə sistemləri və digər innovasiyaların tətbiqi və digər mövzularda təqdimatlar nümayiş etdirib, fikir mübadiləsi aparıblar.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

4 İyun 2026 11:54
195