Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük-biznes əməkdaşlığı çərçivəsində növbəti görüş keçirilib

Gömrük-biznes əməkdaşlığı çərçivəsində növbəti görüş keçirilib

Sumqayıt Gömrük İdarəsinin təşəbbüsü ilə STP Şirkətlər Qrupunda görüş keçirilib.

Görüş çərçivəsində müəssisənin istehsal prosesi, tətbiq olunan müasir texnoloji həllər, ixrac potensialı və məhsul çeşidləri barədə ətraflı məlumat verilib, gömrük orqanları ilə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Eyni zamanda gömrük sisteminin rəqəmsallaşdırılması, əməliyyatların daha operativ və şəffaf şəkildə həyata keçirilməsi, xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər barədə biznes nümayəndələrinə məlumat verilib, idxal-ixrac əməliyyatları zamanı qarşıya çıxan məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təklif və rəylər dinlənilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

16 İyun 2026 14:49
195