Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Braziliya gömrük xidmətinin rəhbəri Azərbaycanda səfərdədir

Braziliya gömrük xidmətinin rəhbəri Azərbaycanda səfərdədir

İyulun 27-də Braziliya Federal Gəlirlər Xidmətinin Gömrük Administrasiyasının rəhbəri Fabiano Koelho Azərbaycana səfərə gəlib.

İlk olaraq Fabiano Koelho Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Dövlət Gömrük Komitəsində Braziliya gömrük xidmətinin rəhbəri Fabiano Koelho ilə keçirilən görüşdə iki ölkənin gömrük orqanlarının arasındakı münasibətlərin mövcud vəziyyəti, əlaqələrin inkişaf perspektivləri müzakirə edilib, əməkdaşlığın genişləndirilməsinin, qabaqcıl təcrübələrin mübadiləsinin gücləndirilməsinin vacibliyi vurğulanıb, “Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən islahatlar və təşəbbüslər” mövzusunda təqdimat nümayiş etdirilib.

İkitərəfli əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi və gələcək fəaliyyət istiqamətlərinin müəyyən edilməsi məqsədilə Azərbaycan və Braziliya gömrük xidmətləri arasında “2026-cı il üzrə Birgə Gömrük Əməkdaşlığı Planı” imzalanıb.

Görüşdən sonra Dövlət Gömrük Komitəsində Hədəf Mərkəzinin fəaliyyəti ilə tanış olan  qonağa son dövrlərdə gömrük xidmətində həyata keçirilən rəqəmsal transformasiya, süni intellekt əsaslı həllər, innovativ layihələr və müasir idarəetmə yanaşmaları ilə bağlı xüsusi təqdimatlar əsasında ətraflı məlumat verilib.


DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

27 İyul 2026 12:53
195