Gömrük nəzarəti və sərhədkeçmə prosesləri ilə bağlı monitorinqlər davam etdirilir
Gömrük nəzarəti və sərhədkeçmə prosesləri ilə bağlı monitorinqlər davam etdirilir
Dövlət sərhədindən buraxılış məntəqələrində gömrük nəzarəti və sərhədkeçmə prosesləri ilə bağlı monitorinqlər davam etdirilir.
Naxçıvan Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüqar Əliyev və Gömrük İnzibatçılığı Baş İdarəsinin rəisi Orxan Nuriyevin iştirakı ilə keçirilən monitorinqlər çərçivəsində “Culfa”, “Sahtaxtı” və “Sədərək” dövlət sərhədindən buraxılış məntəqələrində mal və nəqliyyat vasitələri üzərində aparılan gömrük baxışı və gömrük yoxlaması tədbirləri, həmçinin sərhədkeçmə prosesləri əyani şəkildə izlənilib.
Eyni zamanda monitorinqlər çərçivəsində gömrük nəzarəti, sərhədkeçmə prosesləri, yük və nəqliyyat axınlarının səmərəli şəkildə idarə olunması ilə bağlı həyata keçirilən təkmilləşdirmələr və yeniliklər barədə ətraflı izahlar verilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi