Rəhbərlik
Məlumat
11 iyul 1991-ci il tarixində Bakı şəhərində anadan olmuşdur.
2007 – 2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühəndis İqtisadiyyatı və İdarəetmə fakültəsində Marketinq ixtisası üzrə bakalavr təhsili almışdır. 2016-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetində Marketinq ixtisası üzrə magistr dərəcəsi almışdır. 2019-cu ildə Naxçıvan Dövlət Universitetinin Sosial İdarəetmə və Hüquq fakültəsində Hüquqşünaslıq ixtisası üzrə ikinci ali təhsilini başa vurmuşdur.
2008 - 2011-ci illərdə “Texnika Kapital Menecment” MMC-də mütəxəssis vəzifəsində işləmişdir.
2011 - 2012-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
2013 - 2018-ci illərdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Yol Vergiləri İdarəsinin Yol vergilərinə nəzarət şöbəsinin baş inspektoru vəzifəsində işləmişdir.
2018 - 2023-cü illərdə Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin İmtiyazların Tənzimlənməsi İdarəsinin Gömrük ödənişlərindən azadolmalara nəzarət şöbəsinin rəisi vəzifəsində işləmişdir.
2023 - 2026-cı il tarixdə Dövlət Gömrük Komitəsinin Daxilolmalara Nəzarət Baş İdarəsinin Gömrük Güzəştlərinə Nəzarət İdarəsinin rəisi vəzifəsində işləmişdir.
2026-cı ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin Daxilolmalara Nəzarət Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin olunmuşdur.
2026-cı ilin iyun ayında Dövlət Gömrük Komitəsinin Daxilolmalara Nəzarət Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.
Ailəlidir, iki övladı var.