Customs service is one of the main attributes of the independence of any state.

Management

Faig Orujov
Head of General Department for Revenue Control
Customs Service Colonel-lieutenant
012-4042200
faig.orucov@customs.gov.az
Photo
About information

11 iyul 1991-ci il tarixində Bakı şəhərində anadan olmuşdur.

2007 – 2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühəndis İqtisadiyyatı və İdarəetmə fakültəsində Marketinq ixtisası üzrə bakalavr təhsili almışdır. 2016-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetində Marketinq ixtisası üzrə magistr dərəcəsi almışdır. 2019-cu ildə Naxçıvan Dövlət Universitetinin Sosial İdarəetmə və Hüquq fakültəsində Hüquqşünaslıq ixtisası üzrə ikinci ali təhsilini başa vurmuşdur.

2008 - 2011-ci illərdə “Texnika Kapital Menecment” MMC-də mütəxəssis vəzifəsində işləmişdir.

2011 - 2012-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.

2013 - 2018-ci illərdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Yol Vergiləri İdarəsinin Yol vergilərinə nəzarət şöbəsinin baş inspektoru vəzifəsində işləmişdir.

2018 - 2023-cü illərdə Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin İmtiyazların Tənzimlənməsi İdarəsinin Gömrük ödənişlərindən azadolmalara nəzarət şöbəsinin rəisi vəzifəsində işləmişdir.

2023 - 2026-cı il tarixdə Dövlət Gömrük Komitəsinin Daxilolmalara Nəzarət Baş İdarəsinin Gömrük Güzəştlərinə Nəzarət İdarəsinin rəisi vəzifəsində işləmişdir.

2026-cı ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin Daxilolmalara Nəzarət Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin olunmuşdur.

2026-cı ilin iyun ayında Dövlət Gömrük Komitəsinin Daxilolmalara Nəzarət Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.

Ailəlidir, iki övladı var.

195