
1962-ci il oktyabrın 11-də Bakı şəhərində anadan olmuşdur.
1979-cu
ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olmuş və
1985-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir.
1985-1986-cı illərdə Semaşko adına 1 saylı Bakı Şəhər Klinik Xəstəxanasında terapevt ixtisası üzrə internatura keçmişdir.
1987-ci
ilin aprel ayından 1994-cü ilin iyun ayınadək Bakı Şəhər Təcili və
Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında səyyar həkim, 1994-cü ilin
iyun ayından 1996-cı ilin aprel ayınadək Relief International Amerika
beynəlxalq humanitar təşkilatında həkim-əlaqələndirici, 1996-cı ilin may
ayından 1998-ci ilin may ayınadək UMCOR Amerika beynəlxalq təşkilatının
tibbi direktoru vəzifələrində işləmişdir.
1998-1999-cu illərdə
Amerika Birləşmiş Ştatlarının Nyu-York Universitetinin Vaqner adına
İctimai Xidmət Məktəbində magistr proqramını bitirib səhiyyədə siyasət
və idarəetmə üzrə magistr dərəcəsi almışdır.
1999-cu ilin oktyabr
ayından 2007-ci ilin may ayınadək Amerika International Health Alliance
(AIHA) Amerika beynəlxalq təşkilatının Azərbaycan Respublikasında ölkə
üzrə direktoru vəzifəsində işləmişdir.
Azərbaycan Tibb
Universitetinin Sosial gigiyena və səhiyyənin təşkili və Uşaq
xəstəlikləri II kafedralarının bazasında icra edilmiş elmi işini 2011-ci
ildə ATU-nun Dissertasiya Şurasında müdafiə etmişdir. 2011-ci ildə
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya
Komissiyasının 18 iyul 2011-ci il tarixli qərarı ilə tibb üzrə fəlsəfə
doktoru elmi dərəcəsi verilmişdir.
2007-ci ilin may ayından 2018-ci
ilin iyun ayına qədər Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar
Mərkəzinin direktoru vəzifəsində işləmişdir.
Səhiyyə Nazirliyinin
188-S saylı 10 oktyabr 2012-ci il tarixli sərəncamı ilə Səhiyyə
Nazirliyinin "Fəxri Fərman"ı ilə təltif olunmuşdur.
Dövlət Gömrük
Komitəsinin 100/675Ş saylı 08 iyun 2018-ci il tarixli əmri ilə Dövlət
Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi vəzifəsinə təyin
olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2018-ci il tarixli sərəncamı ilə "Əməkdar həkim" fəxri adı ilə təltif olunmuşdur.
- Phone:
- +994 12 510-86-94
- Fax:
- +994 12 510-86-90
- Email:
- ceyhun.mammadov@customs.gov.az