Struggling against offences
Struggling against offences
"Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 3 may 2017-ci il tarixli 1361 nömrəli Fərmanına əsasən İnzibati Xətalar Məcəlləsinin 448, 449 (idxala münasibətdə), 506 və 508-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı:
1. Komitənin sədri, onun müavinləri
2. Komitə Aparatının Əməliyyat-İstintaq baş idarəsinin rəisi, onun müavinləri, həmin baş idarənin idarə, şöbə (bölmə) rəisləri
3. Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin sədri, onun müavini
Komitə sisteminə daxil olan ərazi və ixtisaslaşdırılmış baş gömrük idarələrinin və gömrük idarələrinin rəisləri, onların müavinləri, şöbə rəisləri, onların müavinləri, bölmə rəisləri, baş inspektorlar, böyük inspektorlar, müstəntiqlər və təhqiqatçılar."