News
Comments
Online presentations
Budget Contributions
Projects
Currency rates
Customs terminology
Law Enforcement Activity
International cooperation
Frequently Asked Questions
Customs Auction
Sport activities at Customs
Social activities
Comments
Ilkin Aliyev Elcin
9 November 2025 15:47
2025-ci ildən etibarən xaricdən şəxsi istifadə üçün mobil telefon gətirilməsinə tam qadağa qoyulması ilə bağlı məlumatlar yayılıb. Bu məlumatlar doğrudurmu?
Əgər vətəndaş öz şəxsi istifadəsi üçün xaricdən mobil telefon gətirmək istəyirsə, bunun üçün hazırda hansı qaydalar qüvvədədir?
Gömrük bəyannaməsi, IMEI qeydiyyatı və dəyər limiti ilə bağlı dəqiq proseduru izah etməyinizi rica edirəm.
Təşəkkür edirəm.
Ramal Rzazadə Etibar
31 October 2025 23:07
Salam iphone 17 pro gömrük bəyannəməsi nə qədərdir?
State Customs Committee
Hörmətli vətəndaş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarının 1 nömrəli əlavəsinin 9-cu hissəsinə əsasən xaricdən gətirilən mobil telefon cihazları mütləq şəkildə gömrük orqanına bəyan edilməlidir. Mobil telefonların imei.az saytında qeydiyyata alınması üçün onların Dövlət Gömrük Komitəsinin qeydiyyat sistemində olması vacibdir. Əgər özünüz ilə gətirdiyiniz mobil telefonun dəyəri 800 dollardan artıqdırsa bu zaman artıq olan hissə gömrük ödənişinə cəlb olunur. Qeyd edək ki, malların gömrük dəyəri onları gömrük sərhədindən keçirən fiziki şəxslər tərəfindən həmin mallar bəyan olunarkən bildirilir.
İsğəndərov Fərid İlqar oğlu
23 October 2025 02:29
Salam.
Mən, Temu platformasından 2 SIM kartlı Teclast T60 Plus planşet sifariş etmişəm.
Bağlama Starex kargo vasitəsilə göndərilib və gömrükdən problemsiz keçib.
Lakin IMEI qeydiyyatı zamanı sistemdə aşağıdakı bildiriş çıxır:
“Cihaz gömrükdə bəyan edilməyib, Dövlət Gömrük Komitəsinə müraciət edin.”
Məsələ ilə bağlı Azintelecom və Starex ilə əlaqə saxlamışam.
Məlum olub ki, Starex tərəfindən təqdim olunan sadələşdirilmiş bəyannamədə mal kodu (HS kodu) səhv qeyd edilib — 8203.20.00.00 (əl alətləri üçün),
halbuki planşet üçün düzgün kod 8517.62.00.00 (rabitə vasitələri) olmalıdır.
Starex bildirir ki, kodlar “sistem tərəfindən avtomatik təyin olunur” və məsuliyyət daşımırlar.
Lakin mən bildiyimə görə, bəyannamə mənim adımla olsa da, onu gömrük sisteminə təqdim edən Starex-in brokeridir,
və müştəri mal kodunu dəyişdirə bilmir.
Xahiş edirəm bu vəziyyətlə bağlı rəsmi məlumat verəsiniz:
1️⃣ Bu halda cihazın IMEI qeydiyyatının aparılması üçün nə etməliyəm?
2️⃣ Əgər mal kodu səhv göstərilibsə, onun düzəlişi hansı qaydada mümkündür?
3️⃣ Starex bu məlumatı DGK-ya rəsmi şəkildə göndərə bilərmi, yoxsa bu yalnız mənim tərəfimdən müraciətlə mümkündür?
Əvvəlcədən təşəkkür edirəm diqqətinizə və cavabınıza görə.
State Customs Committee
Hörmətli vətəndaş, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi 300.9-cu maddəsinə əsasən, müşayiət olunmayan baqajdakı mallar onları keçirən şəxs və ya onun nümayəndəsi tərəfindən bəyan edilə bilər. Gömrük orqanlarına bəyan edilmiş mallara dair məlumatın düzgünlüyünə görə cavabdehliyi malları bəyan edən şəxs daşıyır.
Bəyan etmək üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə yaxınlaşmağınız xahiş olunur.
Sadiq Şavqatov
16 October 2025 12:38
Salam
Telefon Azerbaycanda alinib Tehsille bağli Turkiyeye gedib geldiyi uçun telefonun imei nomre yeri bağlanib.Digeride 1 gun sonra bağlanacaq.Mygovdan daxil olduqdan sonra imei yerlerini yazdim,ödenişe keçe basdiqdan sonra cavab olaraq mobil cihaziniz beyan edilmeyib yazildi.Bu beyani nece etmeliyem?Beyan ederken pul odemeliyik?Onsuzda dovlet rusumu 20 manatdir.Telefon modeli X3 Pro poco
State Customs Committee
Hörmətli vətəndaş, mobil telefonu bəyan etmək üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə yaxınlaşmağınız xahiş olunur.
Ramin Babayev
15 October 2025 13:17
Salam
Çindən və yaxud qeyri bir dövlətdən telefon alıb gəzdirmək olarmı?
Olarsa bunu üçün nələri bilmək mütləqdi nə sənədlər lazımdır. Zəhmət olmasa ətraflı məlumat verin.
Sağolun
State Customs Committee
Hörmətli vətəndaş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarının 1 nömrəli əlavəsinin 9-cu hissəsinə əsasən xaricdən gətirilən mobil telefon cihazları mütləq şəkildə gömrük orqanına bəyan edilməlidir. Mobil telefonların imei.az saytında qeydiyyata alınması üçün onların Dövlət Gömrük Komitəsinin qeydiyyat sistemində olması vacibdir. Əlavə olaraq qeyd edək ki, əgər gətirdiyiniz mobil telefonun dəyəri 800 dollardan artıqdırsa bu zaman artıq olan hissə gömrük ödənişinə cəlb olunacaq.
Əhmədova Bahar Mehman
13 October 2025 21:46
Salam. Azərbaycana gələrkən xaricdə istifadə etdiyim(yəni yeni deyil 2-3 ildi istifadə olunur) iphone 13 telefonumu hansı formada bəyan etməliyəm. Ecustomsda bəyan etməyim yetərlidirmi?
State Customs Committee
Hörmətli vətəndaş, mobil telefonu bəyan etmək üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə yaxınlaşmağınız xahiş olunur.
Saleh Ağayev Azad
13 October 2025 20:12
Mən avtomobil üçün Carplay almışam o sim kart ilə işləyir mən onu necə və harada qeydiyyat etmeliyem
State Customs Committee
Hörmətli vətəndaş, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət etməyiniz xahiş olunur.
Bəhruz Abseynov Əli oğlu
10 October 2025 20:34
Assalamu aleykum.Mənim dostuma xaricdən İphone 16Pro Max gətiriblər.Hava limanında bəyan etmək yaddan çıxıb mən indi hava limanına yaxıblaşın telefonu bəyan etdirəbilərəm?
State Customs Committee
Hörmətli vətəndaş, mobil telefonu bəyan etmək üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə yaxınlaşmağınız xahiş olunur.
Elvin Əliyev Emin
27 September 2025 02:39
Salam. Mən, yoldaşım və 3 yaşlı uşağımla Amerikadan Bakıya gələcəyik. Gələn zaman 3 ədəd yeni mobil telefon alacağıq. Telefonların ümumi dəyəri 5.130$dır. Bunun üçün adam başına 800$ çıxılacaq gömrükdən azad üçün ya 300$? Bu zaman 3 yaşlı uşaq nəzərə alınacaq? Əgər nəzərə alınmazsa aeroportda hər hansı bir problem yaşamarıqki 3cü telefonum ölkəyə buraxılmaması ilə bağlı? Çünki bildiyim qədər bir şəxs öz işlətdiyi telefondan əlavə olaraq 1 ildə 2 yeni mobil telefon alaraq gətirə bilər ölkəyə. Diqqətiniz üçün təşəkkür edirəm.
State Customs Committee
Hörmətli vətəndaş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarına əsasən bəyannamə yetkinlik yaşına çatmış fiziki şəxs tərəfindən doldurulur.
“Qırmızı kanal“dan mallar yetkinlik yaşına çatmamış fiziki şəxslər tərəfindən keçirildikdə, həmin mallar onu müşayiət edən şəxs tərəfindən bəyan edilir.
Əlavə olaraq qeyd edirik ki, Azərbaycan Respublikasının gömrük ərazisinə hər təqvim ayı ərzində bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar gömrük sərhədindən keçirilə bilər.
Səbinə Vesəlova Ruslan
21 September 2025 17:54
Salam.mənim mobil telefonum başqasının adınadır gürcüstana gedərkən hava limanında bu mənə hər hansısa problem yarada bilermi
State Customs Committee
Hörmətli vətəndaş, gömrük orqanları ilə bağlı hər hansı məhdudiyyət tətbiq olunmur.
İsrayıl Adıgözəlov İbrahim
6 September 2025 14:30
Salam
Mən 19 avqusta AliExpressdən mobil telefon sifariş verdim amma smart customsda elektron bəyannaməni 06 sentyabrda etdim.Bilmək istəyirəm ki, bəyan etmə müddətini ötürməmişəm ki?
State Customs Committee
Hörmətli vətəndaş, gömrük orqanları tərəfindən beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə gətirilən mallara dair bəyanetmə müddəti müəyyən edilmişdir. Daşıyıcı şirkət ilə əlaqə saxlayaraq ətraflı məlumat əldə edə bilərsiniz.
İsmayıl Qasımov Əkbər
23 August 2025 23:14
Salam, onlayn formada 356 dollar dəyərində olan mobil telefon gətizdirərkən rüsum ödənilməlidir ? Ödənilməlidirsə nə qədər ödənilməlidir ? Xahiş edirəm cavablandırasınız .
State Customs Committee
Hörmətli vətəndaş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarının 1 nömrəli əlavəsinin 9-cu hissəsinə əsasən xaricdən gətirilən mobil telefon cihazları mütləq şəkildə gömrük orqanına bəyan edilməlidir. Mobil telefonların imei.az saytında qeydiyyata alınması üçün onların Dövlət Gömrük Komitəsinin qeydiyyat sistemində olması vacibdir. Əgər sifariş verdiyiniz mobil telefonun dəyəri 300 dollardan artıqdırsa bu zaman artıq olan hissə gömrük ödənişinə cəlb olunur. Qeyd edək ki, malların gömrük dəyəri onları gömrük sərhədindən keçirən fiziki şəxslər tərəfindən həmin mallar bəyan olunarkən bildirilir.
Həsənov İlham Qərib
19 August 2025 18:50
salam.oğlum xaricdə yaşayarkən mobil telefon almışdım 19.01.2024 cü ildə ,o vaxtan bəri telefon şəxsi istifadəsində olub.yaxın günlərdə(15 gün qabaq) Vətənə dönəndə bilmiyərəkdən bəyannamə etməyib.Zəhmət olmasa bir yol göstərin.Öncədən təşəkkürlər.
State Customs Committee
Hörmətli vətəndaş, mobil telefonu bəyan etmək üçün ərazi gömrük orqanına yaxınlaşmağınız xahiş olunur. Qeyd edirik ki, mobil telefonların imei.az saytında qeydiyyata alınması üçün onların Dövlət Gömrük Komitəsinin qeydiyyat sistemində olması vacibdir.
Seyidzade Gulnaz Dövlət qızı
19 August 2025 15:42
Salam her vaxtiniz xeyir menim trendyol baglamam gomruk terfinden saxlanilib azn yerine tl yazdigim ucun ve mene hava limanina yaxinlasmagim deyilir ancaq men ora gede bilmirem uzurlu sebeblere gore bunu online yolla nece he'll wde bilerem?
State Customs Committee
Hörmətli vətəndaş, notarial qaydada təsdiqlənmiş etibarnamə ilə digər şəxsə də həvalə edə bilərsiniz. Bununla yanaşı, daşıyıcı şirkətin “həvalə et” funksiyasından istifadə etməyiniz mümkündür. Bu məsələ ilə bağlı daha ətraflı məlumat almaq üçün daşıyıcı şirkət ilə əlaqə saxlamağınız xahiş olunur.
Aydan,Qasimova Eldar
15 July 2025 20:42
Salam menim trendyol baglamam gonruk saxlancindadir.ne ede bilerem ki gondersinler?
State Customs Committee
Hörmətli vətəndaş, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Bakı kargo terminalı hava limanı” gömrük postuna (ünvan Bakı şəhərindən 20 km, Şimal, Heydər Əliyev adına Beynəlxalq hava limanı) şəxsiyyət vəsiqənizlə birgə yaxınlaşmalısınız. Ətraflı məlumat almaq üçün daşıyıcı şirkət ilə əlaqə saxlamağınız xahiş olunur.
ƏSƏDOV MÜBARİZ VARİS OĞLU
8 July 2025 23:22
800 manatda artıq gissəsinə nə qədər rüsum var
State Customs Committee
Hörmətli vətəndaş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarına əsasən hər təqvim ayı ərzində bir dəfə, ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilə bilər. Qeyd edək ki, 800 dollar məbləğindən artıq olan hissə gömrük ödənişinə cəlb olunacaq.
Səma Məmmədova Zaur
29 June 2025 14:47
Salam dostum amerikadan gəlir özü üçün telefon alıb işlədir
1300 dollar dəyərində
Menim üçündə hədiyyə telefon alıb 1100 dollar dəyərində
Problrm yaranar gətirəndə?
Rüsum tətbiq olunur? Nə qədərdir?
State Customs Committee
Hörmətli vətəndaş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarına əsasən hər təqvim ayı ərzində bir dəfə, ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilə bilər. Qeyd edək ki, 800 dollar məbləğindən artıq olan hissə gömrük rüsumuna cəlb olunacaq.
Rəşad Məmmədov Xaləddin
28 June 2025 01:57
Salam. Mən xarici ölkədən telefon almışam. Bu telefonu bir 7-8 ay xaricdə işlətdikdən sonra, 20 iyun 2024 tarixində Azərbaycana özümlə birgə gərtirmişəm. Heç bir bəyənnamə və ya qeydiyyat aparmamışam. Aydın məsələdir ki telefonun şəbəkəsi uzun müddətdir bağlıdır. Bu telefonu qeydiyyata salmaq üçün nə etməliyəm? Rüsumu nə qədərdir və gecikməyə görə cərimə tətbiq olunur mu ? Olunursa cərimənin məbləği nə qədərdir?
Təşəkkürlər.
State Customs Committee
Hörmətli vətəndaş, mobil telefonu bəyan etmək üçün ərazi gömrük orqanına yaxınlaşmağınız xahiş olunur.
Qeyd edək ki, mobil telefonların portal.rinn.az saytında qeydiyyata alınması üçün onların Dövlət Gömrük Komitəsinin qeydiyyat sistemində olması vacibdir.
Toğrul, Məhərrəmov, Elman oğlu
18 June 2025 10:57
Salam. Mən xaricdən gəldikdə özümlə iki ədə mobil telefon gətirmişəm. Bəyan etmişəm amma qeydiyyat etməmişəm. Fikrimi dəyişib, geri aparmaq qərarına gəldim. Ölkədən bəyan olunmuş telefonun çıxarılma qaydası necədir? Qeyd edim ki həmin telefonlar Azərbaycanda iatifadə olunmayacaq, və böyük ehtimal ki bir daha azərbaycana gəlməyəcək.
State Customs Committee
Hörmətli vətəndaş, hər hansı məhdudiyyət nəzərdə tutulmayıb.
Nail Quliyev Oktay
11 June 2025 12:41
Salam men aliexpress uzerinde. Telefon sifaris etmisem beyanname yazib rusumu odemisem amma beyannamem yanlis qeyd etdiyim ucun pulun geri qaytarilmasini istedim muraciet erizesi gonderdim komiteye hemin telefon baki gomruyune catan gunden sora nece gun vaxtim var ora yaxinlasib beyan etmek ucun 14 gun? Men telefon gomruye catandan sonra yaxinlasacam bu barede melumat vererdiz zehmet olmasa telefon gomruye catandan sonra beyan ede bilerem
State Customs Committee
Hörmətli vətəndaş, müraciətinizi aydın şəkildə qeyd etməyiniz xahiş olunur.
MƏHƏMMƏD MƏMMƏDOV ƏLƏKBƏR
30 May 2025 17:33
Salam men 16 pro getirmek isteyirem xaricden onun beyanname ve rusumu necə manat olacaq?
State Customs Committee
Hörmətli vətəndaş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarının 1 nömrəli əlavəsinin 9-cu hissəsinə əsasən xaricdən gətirilən mobil telefon cihazları mütləq şəkildə gömrük orqanına bəyan edilməlidir. Mobil telefonların portal.rinn.az saytında qeydiyyata alınması üçün onların Dövlət Gömrük Komitəsinin qeydiyyat sistemində olması vacibdir. Əgər gətirdiyiniz mobil telefonun dəyəri 800 dollardan artıqdırsa bu zaman artıq olan hissə gömrük ödənişinə cəlb olunur. Qeyd edək ki, malların gömrük dəyəri onları gömrük sərhədindən keçirən fiziki şəxslər tərəfindən həmin mallar bəyan olunarkən bildirilir.
Hüseynov Ceyhun Bəylər
26 April 2025 14:13
Salam, xaricdən telefon gətirmişəm gömrük rüsumu ilə bəyanı ödənilmədikdə vətəndaşa problem ola bilərmi?
State Customs Committee
Hörmətli vətəndaş, gömrük sərhəddindən keçirilən mobil telefonların bəyan edilməməsi qanunvericiliyə əsasən inzibati məsuliyyət yaradır. Eyni zamanda mobil telefonların portal.rinn.az saytında qeydiyyata alınması üçün onların Dövlət Gömrük Komitəsinin qeydiyyat sistemində olması vacibdir. Əlavə olaraq qeyd edirik ki, 30 gündən sonra bəyan edilməyən mobil cihazların daxili operatorların şəbəkəsində istifadəsi mümkün deyil.
Vuqar, Abbasov, Ramiz
4 April 2025 14:21
Salam . Mənim qardaşım xaricdən iphone 16 pro gətirib , bilmədiyi üçün gömrükdə bəyan eləməyib . 1 aydan cox vaxt keçib. İndi bəyan eləmək olarmı ?Olarsa bunun üçün cərimə tədbiq edilirmi ?
State Customs Committee
Hörmətli vətəndaş, ərazi gömrük orqanına yaxınlaşmağınız xahiş olunur.
Ağahüseyn Səfərzadə Əli oğlu
2 April 2025 02:42
Salam. Mən Türkiyədən Iphone 16 pro 128gb aldım amma ödəniş çeki yoxdur. Ölkəyə döndükdə bu telefonu beyan edebilərəm mi? Edəbilərəmsə nə qədər gömrük rüsumu ödəməliyəm?
State Customs Committee
Hörmətli vətəndaş, malın bəyan edilmiş gömrük dəyərinin təsdiqi üçün fiziki şəxs malın əldə olunmasını təsdiq edən müvafiq sənədləri (çek, hesab sənədi və s.) gömrük orqanlarına təqdim edə bilər. Malların bəyan edilmiş gömrük dəyərinin dəqiqliyini yoxlamaq məqsədilə gömrük orqanlarının bu malların satışını həyata keçirən xarici təşkilatların kataloqlarının və ya sərəncamlarında olan digər mənbələrin qiymət məlumatlarından istifadə etmək hüququ vardır.
Qeyd edirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarının 1 nömrəli əlavəsinin 9-cu hissəsinə əsasən xaricdən gətirilən mobil telefon cihazları mütləq şəkildə gömrük orqanına bəyan edilməlidir. Mobil telefonların portal.rinn.az saytında qeydiyyata alınması üçün onların Dövlət Gömrük Komitəsinin qeydiyyat sistemində olması vacibdir. Əgər gətirdiyiniz mobil telefonun dəyəri 800 dollardan artıqdırsa bu zaman artıq olan hissə gömrük ödənişinə cəlb olunur.
Elşən Qədimov Eldar
26 November 2024 17:04
Salam. Xaricdən telefon almışam və qayıdanda aeroportda bəyan etməyi unutmuşam. İndi bəyan üçün hansi filiala yaxınlaşmalıyam?
State Customs Committee
Hörmətli vətəndaş, mobil telefonu bəyan etmək üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə yaxınlaşa bilərsiniz.
Orxan Yusifov Natiq oğlu
29 October 2024 14:49
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xüsusi rütbəsi olan DGKA məzunu məzunlar üçün olan müsabiqənin test imtahanından azad edilmiş hesab olunur?
State Customs Committee
Hörmətli vətəndaş, DGKA məzunlarının gömrük orqanlarına xidmətə qəbulu ilə əlaqədar müsabiqə artıq yekunlaşıb. İmtahanda iştirak edən namizədlər müsabiqənin yazılı imtahan və müsahibə mərhələsində iştirak ediblər.
Novruzov Nəsimi Maarif oğlu
17 July 2024 21:32
Salam.
Valideynlərdən biri olmadığı halda o biri valideyn uşaqları ölkədən aparmaq üçün razılıq ərizəsi lazımdır. Bu ərizə mobil notariat adlanan elektron proqram əsasında verilir.
Bu ərizədə uşaqların hamısını bir ərizədə qeyd edə bilərmi yoxsa hər uşaq üçün ayrı ərizə yazılmalıdır?
Təşəkkür
State Customs Committee
Hörmətli vətəndaş, bu məsələ gömrük orqanlarının səlahiyyətlərinə aid deyil.
Hüsniyyə Zamanova İkram qızı
16 July 2024 10:50
Salam mənim xaricdə yaşayan tanisim mənə və ailəmə hədiyyə telefon gətirib. Hava limanında bəyan etmirdilər ki, olmaz axırda sizin qaynar xəttə müraciət etdikdən sonra məcburən bəyan etdilər və təcili rüsumu ödəməyimi tələb etdilər. Mən qonaqlarımı qarşılamaqa gəlmişdim və bildirdim ki, ödəniş növbəti gün həyata keçiriləcək hal hazırda üstümdə o qədər vəsait yoxdur. Bəyənnamədə göstərilən rüsuma baxdım və digər vətəndaşların həmin telefon üçün rüsumuna baxdıqda gördüm ki, mənim rüsumumu çox yazıblar digər vətəndaşda iphone 15 pro 128 gb telefon üçün 199.79 AZN rüsum olduğu halda məndə isə 279.90 azn olub. Bu nə dərəcədə düzgündür. Həmin vətəndaşdan soruşanda bildirdi ki, mənimdə alış qəbzim yox idi özlərində olan qiymətlə qiymətləndirdilər və bu rüsum etdi. Xahiş edirəm bu məsələyə açıqlıq verəsiniz. Eyni gündə necə olur 10 dəqiqə əvvəl rüsum az olur 10 dəqiqə sonra isə çox?
State Customs Committee
Hörmətli vətəndaş, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən mallara, o cümlədən mobil telefonlara gömrük rüsumlarının tətbiqi “Gömrük tarifi haqqında”Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun gömrük dəyəri müəyyən edilməklə həyata keçirilir.
Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 302-ci maddəsinə əsasən malların gömrük dəyəri onları gömrük sərhədindən keçirən fiziki şəxslər tərəfindən həmin mallar bəyan olunarkən bildirilir. Malın bəyan edilmiş gömrük dəyərinin təsdiqi üçün fiziki şəxs malın əldə olunmasını təsdiq edən müvafiq sənədləri (çek, hesab sənədi və s.) gömrük orqanlarına təqdim edə bilər. Malların bəyan edilmiş gömrük dəyərinin dəqiqliyini yoxlamaq məqsədilə gömrük orqanlarının bu malların satışını həyata keçirən xarici təşkilatların kataloqlarının və ya sərəncamlarında olan digər mənbələrin qiymət məlumatlarından istifadə etmək hüququ vardır.
Qumru Elşad qızı Əlizadə
15 July 2024 09:06
Salam mənim bağlamam gömrükde saxlanılıb buraxılmağı üçün ne edə bilerem?
State Customs Committee
Hörmətli vətəndaş, müraciətinizi ətraflı şəkildə qeyd etməyiniz xahiş olunur.
Taleh Allahverdiyev Azər
13 March 2024 09:22
Salam, Sizə 3 ədəd sualım var:
1.Türkiyədən Azərbaycana metal səs tapançası (kuru sıkı) gətirməyə icazə varmı?
2.Qazla işləyən plastik şarik atan metal tapança gətirməyə icazə varmı?
3. (Airsoft) sadə porşenlə olan plastik şarik atan metal tapança gətirməyə icazə varmı? xahiş edirəm ətraflı izah verəsiz? bunlardan hansına icazə var? hansına icazə yoxdu? icazə olmayana niyə icazə yoxdu? və icazə almaq üçün hansı sənəd tələb olunur?
Sirus Umarov Fəxrdəddin
7 December 2023 01:41
Salam.
Men Rusiyadan telefon getirmisem amma uzerimde (odenis Ceki) yoxdur. Gomruk emekdaslarina sorucdugumda dediler ki cek olmadan beyan elemek mumkun deyil.
Bu meseleni nece hell etmek olar.
Həsənova İnarə