Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Rəylər

Sabuhi Xxx Natiq
12 Fevral 2026 13:20
Salam,mən 2025 ci il dekabr ayında ölkəyə daxil olmuşam və üzərimdə şəxsi isdifadə etdiyim telefon olub, və bunu bəyan etməmişəm. Gömrük əməkdaşlarıda bu barədə mənə bir məlumat verməyib. ( bəyan edilməli olduğun bilsəydim şəxsən edərdim, mən sadəcə 1ay ərzində telefonu qeydiyyat alınmağın bilirdim) Uzun zaman idi ölkədə olmadığıma görə xəbərim olmayıb. Hazırda 2 ay olar ki ölkədyəm telefonu qeydiyyata salmaq istəyirəm və mənə bildirilir ki, gömrükdə bəyan etməliyəm. Bunun üçün nə etməliyəm? Telefon iphone 16 pro max(256 gb) ikinci əl, (almaniyada bazar dəyəri 760€) və məni gözləyən cərimə barədə məlumat verməyinizi xahiş edirəm. Əvvəlcədən təşəkkür edirəm.
Rəsul Behbudov Hasil
10 Fevral 2026 01:19
Salam mən xaricdən telefon gətirsəm şəxsi istifadəm üçün mütləq şəkildə hava limanında bəyan olunmalıdır ya ölkə daxilində bəyan etmək üçün bir üsul var?
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli, 305 nömrəli qərarının 1 nömrəli əlavəsinin 9-cu hissəsinə əsasən, xaricdən gətirilən mobil telefon cihazları mütləq şəkildə gömrük orqanına bəyan edilməlidir. Mobil telefonların imei.az portalında qeydiyyata alınması üçün onların Dövlət Gömrük Komitəsinin qeydiyyat sistemində olması vacibdir. Əgər gətirdiyiniz bir ədəd mobil telefonun dəyəri 800 ABŞ dollarından artıqdırsa, bu zaman artıq hissə gömrük ödənişinə cəlb olunur. Telefon mütləq şəkildə hava limanını tərk etməzdən əvvəl gömrük orqanına bəyan edilməlidir. Əks halda, qanunvericiliyə uyğun olaraq cərimə tətbiq oluna bilər.
Anar Yusifov Yunis
6 Fevral 2026 15:05
Salam Necesiz Bəyan olunmayan telefon imei qeydiyata salmaq mümkünmü ?
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarının 1 nömrəli əlavəsinin 9-cu hissəsinə əsasən xaricdən gətirilən mobil telefon cihazları mütləq şəkildə gömrük orqanına bəyan edilməlidir. Mobil telefonların imei.az saytında qeydiyyata alınması üçün onların Dövlət Gömrük Komitəsinin qeydiyyat sistemində olması vacibdir.
Orucov Məhəmməd.Mədət
4 Fevral 2026 20:38
Hörmətli Dövlət Gömrük Komitəsinin nümayəndəsi, 2026-cı ildə Dubaydan şəxsi istifadə üçün 1 ədəd mobil telefon gətirmişəm. Xahiş edirəm bildirəsiniz: 2026-cı ildən qüvvədə olan yeni qaydalara əsasən, bir fiziki şəxs tərəfindən xaricdən gətirilən 1 ədəd mobil telefon üçün gömrük rüsumu və ya əlavə dövlət rüsumu ödənilməlidirmi? Əgər ödənilirsə, bunun hansı normativ hüquqi akta əsaslandığını qeyd etməyinizi xahiş edirəm. Hörmətlə:Orucov Məhəmməd
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, yeni dəyişikliklərə əsasən fiziki şəxslər tərəfindən təqvim ili ərzində bir ədəd mobil cihazın müvafiq hədlər çərçivəsində (fiziki şəxslərin özləri tərəfindən ölkə ərazisinə gətirilməsi zamanı 800 ABŞ dolları, beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkətlər vasitəsilə gətirilməsi zamanı isə 300 ABŞ dolları) güzəştli qaydada bir dəfə ölkə ərazisinə gətirilməsi imkanları mövcuddur. Bir mobil cihazın dəyəri yuxarıda qeyd olunan hədlərdən artıq olduqda güzəşt limitindən artıq hissəsinə gömrük ödənişləri tətbiq edilməklə sadələşdirilmiş qaydada gömrük rəsmiləşdirilməsi həyata keçirilir. Təqvim ili ərzində bir ədəddən artıq mobil cihazın gətirilməsi zamanı gömrük ödənişlərinin tam həcmdə ödənilməklə sadələşdirilmiş qaydada gömrük rəsmiləşdirilməsi nəzərdə tutulur.
Qabulov Yavər Hüseynağa
4 Fevral 2026 17:13
Salam. Telefonum Ciddə hava limanında gömrük keçidində qalıb. Qaytarılması üçün köməklik göstərməyinizi xahiş edirəm.
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, müraciətiniz gömrük orqanlarının səlahiyyətlərinə aid deyil.
Pərviz Fərhadov Mübariz
3 Fevral 2026 07:10
Salam aamsung s24 almışam mağazadan 600 dollara işlənmiş ikinci əl çekdə var..çekdəki qiymət hesablanır yoxsa təzə telefon qiyməti hesablanır???
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən mallara, o cümlədən mobil telefonlara gömrük rüsumlarının tətbiqi “Gömrük tarifi haqqında”Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun gömrük dəyəri müəyyən edilməklə həyata keçirilir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 302-ci maddəsinə əsasən malların gömrük dəyəri onları gömrük sərhədindən keçirən fiziki şəxslər tərəfindən həmin mallar bəyan olunarkən bildirilir. Malın bəyan edilmiş gömrük dəyərinin təsdiqi üçün fiziki şəxs malın əldə olunmasını təsdiq edən müvafiq sənədləri (çek, hesab sənədi və s.) gömrük orqanlarına təqdim edə bilər. Malların bəyan edilmiş gömrük dəyərinin dəqiqliyini yoxlamaq məqsədilə gömrük orqanlarının bu malların satışını həyata keçirən xarici təşkilatların kataloqlarının və ya sərəncamlarında olan digər mənbələrin qiymət məlumatlarından istifadə etmək hüququ vardır. Əgər özünüz ilə gətirdiyiniz mobil telefonun dəyəri 800 dollardan artıqdırsa bu zaman artıq olan hissə gömrük ödənişinə cəlb olunacaq.
Bəhman Məmmədov Oruc
2 Fevral 2026 15:02
Salamlar. Gömrük komitəsinin qeydiyyat sistemində olması üçün gömrük orqanına yaxınlaşmaq kifayətdir ya ölkədən çıxış girişi olmalıdır telefonun?
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, mobil telefonu bəyan etmək üçün ərazi gömrük orqanına yaxınlaşmağınız xahiş olunur.
Qasimov Elsen Rafiq o]lu
29 Yanvar 2026 18:01
Salam 300 dollardan art;q sifaris verdiyim mala gore odenisi nece etmeliyem Əvvəlcədən harasa muraciet etmeliyemmi odenis etmeliyemmi
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, "e.customs.gov.az" portalında və ya "Smart Customs" mobil tətbiqində 300 USD limitini keçdiyiniz halda bəyannamə yaradarkən son mərhələdə "Ödəyin" düyməsi aktivləşəcəkdir. "Ödəyin" düyməsini sıxıb açılan pəncərədə kartın ilk 6 rəqəmini daxil edin və sonra "Ödəniş edin" düyməsini basıb ödəniş edin. Ödəniş edildikdən sonra bağlamanız ölkə ərazisinə daxil olduqda rəsmiləşdirilərək daşıyıcı şirkətə təhvil verilir. Əlavə olaraq bildiririk ki, bəyannamə tərtib edilərkən son mərhələdə ödəniş edilmədiyi halda bəyannamələr siyahısında müvafiq bəyannamə üzərində ödəniş düyməsi aktivləşir.
Elsad Necefov
24 Yanvar 2026 20:27
Salam mobile telefonu smart customs vasitesile beyan Ede bilerem?
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, mobil telefonu özünüz ilə gətirdiyiniz zaman hava limanını tərk etməzdən əvvəl gömrük orqanına bəyan edilməli və müvafiq ödəniş həyata keçirilməlidir. Poçt və ya daşıyıcı şirkət vasitəsilə sifariş verdiyiniz təqdirdə isə “smart customs” mobil tətbiqində bəyan etməlisiniz.
Səma məmmədhəsənli bəxtiyar qizi
21 Yanvar 2026 22:00
Salam men telefonumu beyan etmemisem oz isletdiyim telefondur turkiyeden gelende hava limaninda beyan etmemisem xeberim yox idi bunu beyan etmek ucun lokbatanda. Yerlesen bas gomruk idaresine gede bilerem. ?
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, mobil telefonu bəyan etmək üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə yaxınlaşmağınız xahiş olunur.
Allahverdi Kərimov Rüfət oğlu
21 Yanvar 2026 16:53
Salam. 2 sərnişin (valideyin və 7 yaşlı övlad) Türkiyədən 2 telefon, yəni hərəsinə 1 telefon gətirib bəyan edə bilərmi? Gətirilən telefonlar il ərzində ilk dəfədir. Telefonlar 800 ABŞ dollarından ucuzdur. Bilmək istərdik gömrükdə bizi nələr gözləyir.
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarının 1 nömrəli əlavəsinin 9-cu hissəsinə əsasən xaricdən gətirilən mobil telefon cihazları mütləq şəkildə gömrük orqanına bəyan edilməlidir. Mobil telefonların imei.az saytında qeydiyyata alınması üçün onların Dövlət Gömrük Komitəsinin qeydiyyat sistemində olması vacibdir. Əgər gətirdiyiniz mobil telefonun dəyəri 800 dollardan artıqdırsa bu zaman artıq olan hissə gömrük ödənişinə cəlb olunur. Qeyd edək ki, malların gömrük dəyəri onları gömrük sərhədindən keçirən fiziki şəxslər tərəfindən həmin mallar bəyan olunarkən bildirilir.
Bəhman Məmmədov Oruc
13 Yanvar 2026 23:17
Salam. 4 il əvvəl Polşadan alınmış Iphone 13 pro model telefon heç Azərbaycan qeydiyyatına düşməyib. Bu il Azərbaycana gətirmişəm 6 ay əvvəl. Telefonu online şəkildə qeyiyyatını edib bəyan edə bilərəmmi?
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, mobil telefonu bəyan etmək üçün ərazi gömrük orqanına yaxınlaşmağınız xahiş olunur. Qeyd edirik ki, mobil telefonların imei.az saytında qeydiyyata alınması üçün onların Dövlət Gömrük Komitəsinin qeydiyyat sistemində olması vacibdir.
Ülkər Məmmədova Mahmud qızı
12 Yanvar 2026 23:38
Salam, öz istifadəm üçün Dubaydan turist səfərindən qayıdarkən Dubay molldakı rəsmi Apple mağazasından 1 ədəd sadə Ayfon 17 model mobil telefon alıb gətirmişəm. Mağazanın çeki öz adıma yazılıb. Telefonun hava limanında gömürükdə qeydiyyata alınması haqda məlumatım olmayıb. Sizin saytda oxudum ki, AP Nazirlər Kabinetinin 305 nömrəli qərarı ilə hava limanını tərk etmədən gömürüyə təqdim etməliymişəm. Onsuz da da gömürük rüsumu ödənilmədən telefonu qeydiyyata salmaq olmur və təbii ki, istifadəsi mümkün olmur. Sizdən nə etməli olduğum barədə məsləhət almaq istəyirəm. Hörmətlə, Bakı şəhər sakini, Botanika Elmi-Tədqiqat institunun elmi işçisi Fəlsəfə üzrə Elmlər doktoru Ülkər Mahmud qızı Məmmədova
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarının 1 nömrəli əlavəsinin 9-cu hissəsinə əsasən xaricdən gətirilən mobil telefon cihazları mütləq şəkildə gömrük orqanına bəyan edilməlidir. Mobil telefonların imei.az saytında qeydiyyata alınması üçün onların Dövlət Gömrük Komitəsinin qeydiyyat sistemində olması vacibdir. Əgər özünüz ilə gətirdiyiniz mobil telefonun dəyəri 800 dollardan artıqdırsa bu zaman artıq olan hissə gömrük ödənişinə cəlb olunur. Həmçinin mobil telefon hava limanını tərk etməzdən əvvəl gömrük orqanına bəyan edilməli və müvafiq ödəniş həyata keçirilməlidir. Mobil telefonu bəyan etmək üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə yaxınlaşmağınız xahiş olunur.
Baxşəliyev Emin Fikrət oğlu
24 Dekabr 2025 10:50
Salam 15 pro 256 gb beyanme qiymeti ve qeydiyyat qiymeti ne olacaq?
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarının 1 nömrəli əlavəsinin 9-cu hissəsinə əsasən xaricdən gətirilən mobil telefon cihazları mütləq şəkildə gömrük orqanına bəyan edilməlidir. Mobil telefonların imei.az saytında qeydiyyata alınması üçün onların Dövlət Gömrük Komitəsinin qeydiyyat sistemində olması vacibdir. Əgər özünüz ilə gətirdiyiniz mobil telefonun dəyəri 800 dollardan artıqdırsa bu zaman artıq olan hissə gömrük ödənişinə cəlb olunur. Həmçinin mobil telefon hava limanını tərk etməzdən əvvəl gömrük orqanına bəyan edilməli və müvafiq ödəniş həyata keçirilməlidir. Poçt və ya daşıyıcı şirkət vasitəsilə göndərilirsə 300 dollardan artıq olan hissə gömrük ödənişinə cəlb olunacaq. Bu zaman isə “smart customs” mobil tətbiqində bəyan etməlisiniz. Qeyd edək ki, malların gömrük dəyəri onları gömrük sərhədindən keçirən fiziki şəxslər tərəfindən həmin mallar bəyan olunarkən bildirilir. Qeydiyyatla bağlı isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əlaqə saxlamanız xahiş olunur.
Məmmədov Azad Əkbər oğlu
22 Dekabr 2025 10:30
Salam aliexpress-dən öz istifadəm üçün 1 ədəd smartfon sifariş verə bilərəm mi. Mümkündüsə onun üçün nə qədər rüsum ödəməliyəm (qiyməti 1230manatdır) və onun İMEİ kodlarını qabaqcadan satıcıdan öyrənmək lazımdır mı
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarının 1 nömrəli əlavəsinin 9-cu hissəsinə əsasən xaricdən gətirilən mobil telefon cihazları mütləq şəkildə gömrük orqanına bəyan edilməlidir. Mobil telefonların imei.az saytında qeydiyyata alınması üçün onların Dövlət Gömrük Komitəsinin qeydiyyat sistemində olması vacibdir. Əgər sifariş verdiyiniz mobil telefonun dəyəri 300 dollardan artıqdırsa bu zaman artıq olan hissə gömrük ödənişinə cəlb olunur. Qeyd edək ki, malların gömrük dəyəri onları gömrük sərhədindən keçirən fiziki şəxslər tərəfindən həmin mallar bəyan olunarkən bildirilir.
Seyhun Aslanov İbrahim
13 Dekabr 2025 22:45
IMEI/MEID 350196697043323 IMEI2 350196697038661
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, müraciətinizi aydın şəkildə qeyd etməniz xahiş olunur.
Böyükağa Əliyev
13 Dekabr 2025 12:11
Salam. Çindən hədiyyə olaraq göndərilmiş mobil telefona rüsum tələb olunur? və hədiyyə olaraq göndərilən telefon öncədən necə bəyan olunmalıdır?
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarının 1 nömrəli əlavəsinin 9-cu hissəsinə əsasən xaricdən gətirilən mobil telefon cihazları mütləq şəkildə gömrük orqanına bəyan edilməlidir. Mobil telefonların imei.az saytında qeydiyyata alınması üçün onların Dövlət Gömrük Komitəsinin qeydiyyat sistemində olması vacibdir. Əgər özünüz ilə gətirdiyiniz mobil telefonun dəyəri 800 dollardan artıqdırsa bu zaman artıq olan hissə gömrük ödənişinə cəlb olunur. Həmçinin mobil telefon hava limanını tərk etməzdən əvvəl gömrük orqanına bəyan edilməli və müvafiq ödəniş həyata keçirilməlidir. Poçt və ya daşıyıcı şirkət vasitəsilə göndərilirsə 300 dollardan artıq olan hissə gömrük ödənişinə cəlb olunacaq. Bu zaman isə “smart customs” mobil tətbiqində bəyan etməlisiniz. Qeyd edək ki, malların gömrük dəyəri onları gömrük sərhədindən keçirən fiziki şəxslər tərəfindən həmin mallar bəyan olunarkən bildirilir.
Allahverdi Kərimov Rüfət oğlu
11 Dekabr 2025 15:39
Salam. Ebay.de saytından Samsung S23 Plus markalı smartfon almışam (307 EUR). 800 ABŞ dollarından az olduğu üçün rüsuma düşməməlidir. Amma gömrük sərhədindən keçdikdə bəyan edəndə gömrük əməkdaşları böyük rüsum tətbiq etsələr onda nə etməli? Ona görə sizdən dəqiqləşdirmək istəyirəm mən bu telefonu (Samsung S23 Plus) bəyan etdikdə gömrükdə məni nə gözləyir?
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən mallara, o cümlədən mobil telefonlara gömrük rüsumlarının tətbiqi “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun gömrük dəyəri müəyyən edilməklə həyata keçirilir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 302-ci maddəsinə əsasən malların gömrük dəyəri onları gömrük sərhədindən keçirən fiziki şəxslər tərəfindən həmin mallar bəyan olunarkən bildirilir. Malın bəyan edilmiş gömrük dəyərinin təsdiqi üçün fiziki şəxs malın əldə olunmasını təsdiq edən müvafiq sənədləri (çek, hesab sənədi və s.) gömrük orqanlarına təqdim edə bilər. Malların bəyan edilmiş gömrük dəyərinin dəqiqliyini yoxlamaq məqsədilə gömrük orqanlarının bu malların satışını həyata keçirən xarici təşkilatların kataloqlarının və ya sərəncamlarında olan digər mənbələrin qiymət məlumatlarından istifadə etmək hüququ vardır. Əgər özünüz ilə gətirdiyiniz mobil telefonun dəyəri 800 dollardan artıqdırsa bu zaman artıq olan hissə gömrük ödənişinə cəlb olunacaq.
Isayev Ekrem Rasim
11 Dekabr 2025 15:21
Salam, vetendasin olke erazisine 2 eded telefon getirmesi ve eyni zamanda gomrukde beyan etmesi mumkundurmu?
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarının 1 nömrəli əlavəsinin 9-cu hissəsinə əsasən xaricdən gətirilən mobil telefon cihazları mütləq şəkildə gömrük orqanına bəyan edilməlidir. Mobil telefonların imei.az saytında qeydiyyata alınması üçün onların Dövlət Gömrük Komitəsinin qeydiyyat sistemində olması vacibdir. Əgər özünüz ilə gətirdiyiniz mobil telefonun dəyəri 800 dollardan artıqdırsa bu zaman artıq olan hissə gömrük ödənişinə cəlb olunur. Həmçinin, mobil telefon hava limanını tərk etməzdən əvvəl gömrük orqanına bəyan edilməli və müvafiq ödəniş həyata keçirilməlidir. Eyni zamanda, fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün ən azı 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir.
Laçınov Tural
11 Dekabr 2025 11:38
Salam,xarucdən telefon gəturmişik ancaq bəyan etməmişik,bunun cəriməsi var?
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarının 1 nömrəli əlavəsinin 9-cu hissəsinə əsasən xaricdən gətirilən mobil telefon cihazları mütləq şəkildə gömrük orqanına bəyan edilməlidir. Mobil telefonların imei.az saytında qeydiyyata alınması üçün onların Dövlət Gömrük Komitəsinin qeydiyyat sistemində olması vacibdir. Qeyd edirik ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinə əsasən bəyan edilməyən mobil telefonlar dəyərinin qırx faizindən altmış faizənədək məbləğdə cərimə edilir.
Allahverdi Kərimov Rüfət oğlu
9 Dekabr 2025 11:09
Salam. Ebay.de saytından Samsung S23 Plus markalı smartfon almışam (307 EUR). DHL ilə Bakıya göndərildi. Lakin Almaniya gömrüyü litium batareyalı smartfonların daşımasına artıq qadağa qoyduğundan geri qaytarıldı. Mən telefonu tanışlar vasitəsilə Türkiyəyə gətizdirdim. İndi Türkiyədən qohular vasitəsilə Naxçıvana Sədərək gömrüyündən keçirtmək istəyirəm. Bilmək istərdim gömrük rüsumu nə qədər olacaq.
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, malların gömrük dəyəri onları gömrük sərhədindən keçirən fiziki şəxs tərəfindən həmin mallar bəyan olunarkən bildirilir.
Ni̇had Soltanli Nadi̇r oğlu
9 Dekabr 2025 10:34
Salam. Keçəm il Almaniyadan telefon almışam. Orda 1 il işlədikdən sonra ölkəyə yenidən qayıtmalı oldum. Hazırda işlətdiyim telefona yerli operator nömrəsimtaxa bilmək üçün hara müraciət etməliyəm? Və gömrük ödənişində telefonun qiyməti necə hesablanacaq?
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, mobil telefonu bəyan etmək üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə yaxınlaşmağınız xahiş olunur. Qeyd edək ki, malların gömrük dəyəri onları gömrük sərhədindən keçirən fiziki şəxslər tərəfindən həmin mallar bəyan olunarkən bildirilir.
XXX XXXX XXX
8 Dekabr 2025 09:03
Xaricdə olanda telefon almışdım və orada işlətmişdim. Bakıya qayıdanda onu aeroportda bəyan etməmişəm. İndi Azərbaycana gətirilən tarixdən təxminən bir ayın tamam olmasına 2 gün qalıb. Köhnə, 2 il əvvəl aldığım şəxsi telefonumdur. Xahiş edirəm, onu hansı gömrük orqanında bəyan etməliyəm?
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, mobil telefonu bəyan etmək üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə yaxınlaşmağınız xahiş olunur.
XXX XXXX XXX
8 Dekabr 2025 08:19
salam telefon 28 gun evvel bakiya beyan edilmadan gatirilib 2-3 gune blok olunacaq ne etmaliy ki blok olunmasin. Sheherde olan istanilan gomruk iradesina yaxinlashmaliyiq ya hava limaninda olan gomruk idaresina?
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, mobil telefonu bəyan etmək üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə yaxınlaşmağınız xahiş olunur.
Rövşən Hüseynov Tərlan oğlu
5 Dekabr 2025 00:27
Salqm.Qohumum mənə Amerikadan rəsmi apple-dən 17 pro max göndərmək istəyir (hədiyyə)Telefonun dəyəri 1200$ -dır.Telefon poçtla gələcək.Mən o telefonə nə qədər vergi ödəməliyəm.Hədiyyə göndərir.O telefon mənə bir başa poçt şöbəsinə gələcək?ya telefon gömrüydə saxlanılıb məni ora çağıracaqlar? Əvvəlcədən təşəkkürlər
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, əgər telefonun IMEI kodunu bilirsinizsə, onu əvvəlcədən “Smart Customs” mobil tətbiqi vasitəsilə bəyan edə bilərsiniz. Əgər IMEI kodu məlum deyilsə, telefon Azərpoçt filialına daxil olduqdan sonra siz poçta yaxınlaşaraq cihazı açdırmalı və IMEI kod əsasında bəyan etməlisiniz. Qeyd edək ki, 300 ABŞ dollarından artıq olan məbləğ gömrük ödənişlərinə cəlb olunacaq.
Əliyeva Gülnarə Vəli
3 Dekabr 2025 09:52
Salam. Mən amerikadan apple rəsmi saytından adapter başlığı 40-60W sifariş etmək istəyirəm. Bunun üçün məhdudiyyət var ya gətizdirə bilərəm?
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, şəxsi istifadə miqdarında sifariş verə bilərsiniz.
Mehdi Kərimov Xanverdi
28 Noyabr 2025 11:06
Salam, Hər vaxtınız xeyir. 2021-ci ildə xaricdən İphone 13 Pro (1 fiziki sim və 1 E-sim) alıb və ölkəyə geri dönəndə Hava limanında bəyan etmişəm. Bu zamana qədər yalnız fiziki simdən istifadə etmişəm. Lakin 1 ay öncə E-sim də istifadə etməyə başladım və 22.11.25 tarixində telefon bloka düşüb. Azərpoçta yaxınlaşdım bildirdilər ki, mobil telefon Hava limanı Gömrük postunda yenidən bəyan olunmalı və bizə yaxınlaşmalısınız. Bilmək istəyirdim bu nə dərəcədə doğrudur və niyə ikiqat ödəniş etməliyəm?
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, mobil telefonun İMEİ kodunu təqdim etməyiniz xahiş olunur.
Ilkin Aliyev Elcin
21 Noyabr 2025 21:04
Kanada vətəndaşı olan tanışım Dubaydan Azərbaycana mənim üçün smartfon gətirmək istəyir. O, ölkəyə daxil olduqda bu smartfon üçün gömrük bəyannaməsini verə bilərmi? Əgər mümkündürsə, bəyannamə harada və hansı qaydada təqdim olunur?
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarının 1 nömrəli əlavəsinin 9-cu hissəsinə əsasən xaricdən gətirilən mobil telefon cihazları mütləq şəkildə gömrük orqanına bəyan edilməlidir. Mobil telefonların imei.az saytında qeydiyyata alınması üçün onların Dövlət Gömrük Komitəsinin qeydiyyat sistemində olması vacibdir. Əgər özünüz ilə gətirdiyiniz mobil telefonun dəyəri 800 dollardan artıqdırsa bu zaman artıq olan hissə gömrük ödənişinə cəlb olunur. Həmçinin, mobil telefon hava limanını tərk etməzdən əvvəl gömrük orqanına bəyan edilməli və müvafiq ödəniş həyata keçirilməlidir. Qeyd edək ki, malların gömrük dəyəri onları gömrük sərhədindən keçirən fiziki şəxslər tərəfindən həmin mallar bəyan olunarkən bildirilir.
Tarlan Suleymanov
21 Noyabr 2025 17:51
Salam, mən rayonda qalıram, aldığım telefon kohnə modeldir 40-50 dollar qiyməti var. Samsung U600 İmei kodunu yazıram yazır ki bəyan edilməlidir. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə getmədən necə bəyan edə bilərəm?
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, ərazi gömrük orqanına yaxınlaşmağınız xahiş olunur.
İlkin Mirzəzadə Nəriman
18 Noyabr 2025 15:29
Salam. Fiziki şəxsin özü ilə gömrükdən keçirəcəyi ümumi dəyəri 851 dollar olan Xiaomi 17 Pro məhsulu üçün bu şəxs 800dollardan əlavə olan 51 dollarlıq hissə üçün rüsum ödəməlidir yoxsa burdakı bazar dəyərinə əsasən əlavə hissə üçün? (yerli bazarda qiymət təxmini 1200 dolların üzərindədir və sabit deyil.) Hər iki halda əlavə hissə üçün nəzərdə tutulmuş rüsumu elektron qaydada necə öyrənmək olar?
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən mallara, o cümlədən mobil telefonlara gömrük rüsumlarının tətbiqi “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun gömrük dəyəri müəyyən edilməklə həyata keçirilir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 302-ci maddəsinə əsasən malların gömrük dəyəri onları gömrük sərhədindən keçirən fiziki şəxslər tərəfindən həmin mallar bəyan olunarkən bildirilir. Malın bəyan edilmiş gömrük dəyərinin təsdiqi üçün fiziki şəxs malın əldə olunmasını təsdiq edən müvafiq sənədləri (çek, hesab sənədi və s.) gömrük orqanlarına təqdim edə bilər. Malların bəyan edilmiş gömrük dəyərinin dəqiqliyini yoxlamaq məqsədilə gömrük orqanlarının bu malların satışını həyata keçirən xarici təşkilatların kataloqlarının və ya sərəncamlarında olan digər mənbələrin qiymət məlumatlarından istifadə etmək hüququ vardır. Əgər özünüz ilə gətirdiyiniz mobil telefonun dəyəri 800 dollardan artıqdırsa bu zaman artıq olan hissə gömrük ödənişinə cəlb olunacaq.
Əlizadə Cəfər Eldəniz
12 Noyabr 2025 23:26
Salam . Bu gün 12.11.25 tarixdə dostum mənim üçün 17pro max 256 gb mobil telefon alaraq gətirib . Dəyəri 1390 usd . Burda airportda gömrük beyanı edilmeyib . Onu sabah yaxınlaşıb hava neq gömrük idarəsində bəyan edə bilərmiyəm ? Və nə qədər olacaq rusum ?
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, mobil telefonu bəyan etmək üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə yaxınlaşmağınız xahiş olunur. Əgər özünüz ilə gətirdiyiniz mobil telefonun dəyəri 800 dollardan artıqdırsa bu zaman artıq olan hissə gömrük ödənişinə cəlb olunur. Qeyd edək ki, malların gömrük dəyəri onları gömrük sərhədindən keçirən fiziki şəxslər tərəfindən həmin mallar bəyan olunarkən bildirilir.
Həsənova İnarə
11 Noyabr 2025 13:14
Salam. Ölkəyə gətirilən mobil cihazı neçə gün ərzində bəyan etməliyəm. Əgər bu müddəti keçibsə, nə etməliyəm?
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, mobil telefonu bəyan etmək üçün ərazi gömrük orqanına yaxınlaşmağınız xahiş olunur.
Ilkin Aliyev Elcin
9 Noyabr 2025 15:47
2025-ci ildən etibarən xaricdən şəxsi istifadə üçün mobil telefon gətirilməsinə tam qadağa qoyulması ilə bağlı məlumatlar yayılıb. Bu məlumatlar doğrudurmu? Əgər vətəndaş öz şəxsi istifadəsi üçün xaricdən mobil telefon gətirmək istəyirsə, bunun üçün hazırda hansı qaydalar qüvvədədir? Gömrük bəyannaməsi, IMEI qeydiyyatı və dəyər limiti ilə bağlı dəqiq proseduru izah etməyinizi rica edirəm. Təşəkkür edirəm.
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, bu məlumatlar reallığı əks etdirmir.
Ramal Rzazadə Etibar
31 Oktyabr 2025 23:07
Salam iphone 17 pro gömrük bəyannəməsi nə qədərdir?
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarının 1 nömrəli əlavəsinin 9-cu hissəsinə əsasən xaricdən gətirilən mobil telefon cihazları mütləq şəkildə gömrük orqanına bəyan edilməlidir. Mobil telefonların imei.az saytında qeydiyyata alınması üçün onların Dövlət Gömrük Komitəsinin qeydiyyat sistemində olması vacibdir. Əgər özünüz ilə gətirdiyiniz mobil telefonun dəyəri 800 dollardan artıqdırsa bu zaman artıq olan hissə gömrük ödənişinə cəlb olunur. Qeyd edək ki, malların gömrük dəyəri onları gömrük sərhədindən keçirən fiziki şəxslər tərəfindən həmin mallar bəyan olunarkən bildirilir.
İsğəndərov Fərid İlqar oğlu
23 Oktyabr 2025 02:29
Salam. Mən, Temu platformasından 2 SIM kartlı Teclast T60 Plus planşet sifariş etmişəm. Bağlama Starex kargo vasitəsilə göndərilib və gömrükdən problemsiz keçib. Lakin IMEI qeydiyyatı zamanı sistemdə aşağıdakı bildiriş çıxır: “Cihaz gömrükdə bəyan edilməyib, Dövlət Gömrük Komitəsinə müraciət edin.” Məsələ ilə bağlı Azintelecom və Starex ilə əlaqə saxlamışam. Məlum olub ki, Starex tərəfindən təqdim olunan sadələşdirilmiş bəyannamədə mal kodu (HS kodu) səhv qeyd edilib — 8203.20.00.00 (əl alətləri üçün), halbuki planşet üçün düzgün kod 8517.62.00.00 (rabitə vasitələri) olmalıdır. Starex bildirir ki, kodlar “sistem tərəfindən avtomatik təyin olunur” və məsuliyyət daşımırlar. Lakin mən bildiyimə görə, bəyannamə mənim adımla olsa da, onu gömrük sisteminə təqdim edən Starex-in brokeridir, və müştəri mal kodunu dəyişdirə bilmir. Xahiş edirəm bu vəziyyətlə bağlı rəsmi məlumat verəsiniz: 1️⃣ Bu halda cihazın IMEI qeydiyyatının aparılması üçün nə etməliyəm? 2️⃣ Əgər mal kodu səhv göstərilibsə, onun düzəlişi hansı qaydada mümkündür? 3️⃣ Starex bu məlumatı DGK-ya rəsmi şəkildə göndərə bilərmi, yoxsa bu yalnız mənim tərəfimdən müraciətlə mümkündür? Əvvəlcədən təşəkkür edirəm diqqətinizə və cavabınıza görə.
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi 300.9-cu maddəsinə əsasən, müşayiət olunmayan baqajdakı mallar onları keçirən şəxs və ya onun nümayəndəsi tərəfindən bəyan edilə bilər. Gömrük orqanlarına bəyan edilmiş mallara dair məlumatın düzgünlüyünə görə cavabdehliyi malları bəyan edən şəxs daşıyır. Bəyan etmək üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə yaxınlaşmağınız xahiş olunur.
Sadiq Şavqatov
16 Oktyabr 2025 12:38
Salam Telefon Azerbaycanda alinib Tehsille bağli Turkiyeye gedib geldiyi uçun telefonun imei nomre yeri bağlanib.Digeride 1 gun sonra bağlanacaq.Mygovdan daxil olduqdan sonra imei yerlerini yazdim,ödenişe keçe basdiqdan sonra cavab olaraq mobil cihaziniz beyan edilmeyib yazildi.Bu beyani nece etmeliyem?Beyan ederken pul odemeliyik?Onsuzda dovlet rusumu 20 manatdir.Telefon modeli X3 Pro poco
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, mobil telefonu bəyan etmək üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə yaxınlaşmağınız xahiş olunur.
Ramin Babayev
15 Oktyabr 2025 13:17
Salam Çindən və yaxud qeyri bir dövlətdən telefon alıb gəzdirmək olarmı? Olarsa bunu üçün nələri bilmək mütləqdi nə sənədlər lazımdır. Zəhmət olmasa ətraflı məlumat verin. Sağolun
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarının 1 nömrəli əlavəsinin 9-cu hissəsinə əsasən xaricdən gətirilən mobil telefon cihazları mütləq şəkildə gömrük orqanına bəyan edilməlidir. Mobil telefonların imei.az saytında qeydiyyata alınması üçün onların Dövlət Gömrük Komitəsinin qeydiyyat sistemində olması vacibdir. Əlavə olaraq qeyd edək ki, əgər gətirdiyiniz mobil telefonun dəyəri 800 dollardan artıqdırsa bu zaman artıq olan hissə gömrük ödənişinə cəlb olunacaq.
Əhmədova Bahar Mehman
13 Oktyabr 2025 21:46
Salam. Azərbaycana gələrkən xaricdə istifadə etdiyim(yəni yeni deyil 2-3 ildi istifadə olunur) iphone 13 telefonumu hansı formada bəyan etməliyəm. Ecustomsda bəyan etməyim yetərlidirmi?
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, mobil telefonu bəyan etmək üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə yaxınlaşmağınız xahiş olunur.
Saleh Ağayev Azad
13 Oktyabr 2025 20:12
Mən avtomobil üçün Carplay almışam o sim kart ilə işləyir mən onu necə və harada qeydiyyat etmeliyem
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət etməyiniz xahiş olunur.
Bəhruz Abseynov Əli oğlu
10 Oktyabr 2025 20:34
Assalamu aleykum.Mənim dostuma xaricdən İphone 16Pro Max gətiriblər.Hava limanında bəyan etmək yaddan çıxıb mən indi hava limanına yaxıblaşın telefonu bəyan etdirəbilərəm?
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, mobil telefonu bəyan etmək üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə yaxınlaşmağınız xahiş olunur.
Elvin Əliyev Emin
27 Sentyabr 2025 02:39
Salam. Mən, yoldaşım və 3 yaşlı uşağımla Amerikadan Bakıya gələcəyik. Gələn zaman 3 ədəd yeni mobil telefon alacağıq. Telefonların ümumi dəyəri 5.130$dır. Bunun üçün adam başına 800$ çıxılacaq gömrükdən azad üçün ya 300$? Bu zaman 3 yaşlı uşaq nəzərə alınacaq? Əgər nəzərə alınmazsa aeroportda hər hansı bir problem yaşamarıqki 3cü telefonum ölkəyə buraxılmaması ilə bağlı? Çünki bildiyim qədər bir şəxs öz işlətdiyi telefondan əlavə olaraq 1 ildə 2 yeni mobil telefon alaraq gətirə bilər ölkəyə. Diqqətiniz üçün təşəkkür edirəm.
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarına əsasən bəyannamə yetkinlik yaşına çatmış fiziki şəxs tərəfindən doldurulur. “Qırmızı kanal“dan mallar yetkinlik yaşına çatmamış fiziki şəxslər tərəfindən keçirildikdə, həmin mallar onu müşayiət edən şəxs tərəfindən bəyan edilir. Əlavə olaraq qeyd edirik ki, Azərbaycan Respublikasının gömrük ərazisinə hər təqvim ayı ərzində bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar gömrük sərhədindən keçirilə bilər.
Səbinə Vesəlova Ruslan
21 Sentyabr 2025 17:54
Salam.mənim mobil telefonum başqasının adınadır gürcüstana gedərkən hava limanında bu mənə hər hansısa problem yarada bilermi
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, gömrük orqanları ilə bağlı hər hansı məhdudiyyət tətbiq olunmur.
İsrayıl Adıgözəlov İbrahim
6 Sentyabr 2025 14:30
Salam Mən 19 avqusta AliExpressdən mobil telefon sifariş verdim amma smart customsda elektron bəyannaməni 06 sentyabrda etdim.Bilmək istəyirəm ki, bəyan etmə müddətini ötürməmişəm ki?
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, gömrük orqanları tərəfindən beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə gətirilən mallara dair bəyanetmə müddəti müəyyən edilmişdir. Daşıyıcı şirkət ilə əlaqə saxlayaraq ətraflı məlumat əldə edə bilərsiniz.
İsmayıl Qasımov Əkbər
23 Avqust 2025 23:14
Salam, onlayn formada 356 dollar dəyərində olan mobil telefon gətizdirərkən rüsum ödənilməlidir ? Ödənilməlidirsə nə qədər ödənilməlidir ? Xahiş edirəm cavablandırasınız .
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarının 1 nömrəli əlavəsinin 9-cu hissəsinə əsasən xaricdən gətirilən mobil telefon cihazları mütləq şəkildə gömrük orqanına bəyan edilməlidir. Mobil telefonların imei.az saytında qeydiyyata alınması üçün onların Dövlət Gömrük Komitəsinin qeydiyyat sistemində olması vacibdir. Əgər sifariş verdiyiniz mobil telefonun dəyəri 300 dollardan artıqdırsa bu zaman artıq olan hissə gömrük ödənişinə cəlb olunur. Qeyd edək ki, malların gömrük dəyəri onları gömrük sərhədindən keçirən fiziki şəxslər tərəfindən həmin mallar bəyan olunarkən bildirilir.
Həsənov İlham Qərib
19 Avqust 2025 18:50
salam.oğlum xaricdə yaşayarkən mobil telefon almışdım 19.01.2024 cü ildə ,o vaxtan bəri telefon şəxsi istifadəsində olub.yaxın günlərdə(15 gün qabaq) Vətənə dönəndə bilmiyərəkdən bəyannamə etməyib.Zəhmət olmasa bir yol göstərin.Öncədən təşəkkürlər.
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, mobil telefonu bəyan etmək üçün ərazi gömrük orqanına yaxınlaşmağınız xahiş olunur. Qeyd edirik ki, mobil telefonların imei.az saytında qeydiyyata alınması üçün onların Dövlət Gömrük Komitəsinin qeydiyyat sistemində olması vacibdir.
Seyidzade Gulnaz Dövlət qızı
19 Avqust 2025 15:42
Salam her vaxtiniz xeyir menim trendyol baglamam gomruk terfinden saxlanilib azn yerine tl yazdigim ucun ve mene hava limanina yaxinlasmagim deyilir ancaq men ora gede bilmirem uzurlu sebeblere gore bunu online yolla nece he'll wde bilerem?
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, notarial qaydada təsdiqlənmiş etibarnamə ilə digər şəxsə də həvalə edə bilərsiniz. Bununla yanaşı, daşıyıcı şirkətin “həvalə et” funksiyasından istifadə etməyiniz mümkündür. Bu məsələ ilə bağlı daha ətraflı məlumat almaq üçün daşıyıcı şirkət ilə əlaqə saxlamağınız xahiş olunur.
Aydan,Qasimova Eldar
15 İyul 2025 20:42
Salam menim trendyol baglamam gonruk saxlancindadir.ne ede bilerem ki gondersinler?
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Bakı kargo terminalı hava limanı” gömrük postuna (ünvan Bakı şəhərindən 20 km, Şimal, Heydər Əliyev adına Beynəlxalq hava limanı) şəxsiyyət vəsiqənizlə birgə yaxınlaşmalısınız. Ətraflı məlumat almaq üçün daşıyıcı şirkət ilə əlaqə saxlamağınız xahiş olunur.
ƏSƏDOV MÜBARİZ VARİS OĞLU
8 İyul 2025 23:22
800 manatda artıq gissəsinə nə qədər rüsum var
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarına əsasən hər təqvim ayı ərzində bir dəfə, ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilə bilər. Qeyd edək ki, 800 dollar məbləğindən artıq olan hissə gömrük ödənişinə cəlb olunacaq.
Səma Məmmədova Zaur
29 İyun 2025 14:47
Salam dostum amerikadan gəlir özü üçün telefon alıb işlədir 1300 dollar dəyərində Menim üçündə hədiyyə telefon alıb 1100 dollar dəyərində Problrm yaranar gətirəndə? Rüsum tətbiq olunur? Nə qədərdir?
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarına əsasən hər təqvim ayı ərzində bir dəfə, ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilə bilər. Qeyd edək ki, 800 dollar məbləğindən artıq olan hissə gömrük rüsumuna cəlb olunacaq.
Rəşad Məmmədov Xaləddin
28 İyun 2025 01:57
Salam. Mən xarici ölkədən telefon almışam. Bu telefonu bir 7-8 ay xaricdə işlətdikdən sonra, 20 iyun 2024 tarixində Azərbaycana özümlə birgə gərtirmişəm. Heç bir bəyənnamə və ya qeydiyyat aparmamışam. Aydın məsələdir ki telefonun şəbəkəsi uzun müddətdir bağlıdır. Bu telefonu qeydiyyata salmaq üçün nə etməliyəm? Rüsumu nə qədərdir və gecikməyə görə cərimə tətbiq olunur mu ? Olunursa cərimənin məbləği nə qədərdir? Təşəkkürlər.
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, mobil telefonu bəyan etmək üçün ərazi gömrük orqanına yaxınlaşmağınız xahiş olunur. Qeyd edək ki, mobil telefonların portal.rinn.az saytında qeydiyyata alınması üçün onların Dövlət Gömrük Komitəsinin qeydiyyat sistemində olması vacibdir.
Toğrul, Məhərrəmov, Elman oğlu
18 İyun 2025 10:57
Salam. Mən xaricdən gəldikdə özümlə iki ədə mobil telefon gətirmişəm. Bəyan etmişəm amma qeydiyyat etməmişəm. Fikrimi dəyişib, geri aparmaq qərarına gəldim. Ölkədən bəyan olunmuş telefonun çıxarılma qaydası necədir? Qeyd edim ki həmin telefonlar Azərbaycanda iatifadə olunmayacaq, və böyük ehtimal ki bir daha azərbaycana gəlməyəcək.
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, hər hansı məhdudiyyət nəzərdə tutulmayıb.
Nail Quliyev Oktay
11 İyun 2025 12:41
Salam men aliexpress uzerinde. Telefon sifaris etmisem beyanname yazib rusumu odemisem amma beyannamem yanlis qeyd etdiyim ucun pulun geri qaytarilmasini istedim muraciet erizesi gonderdim komiteye hemin telefon baki gomruyune catan gunden sora nece gun vaxtim var ora yaxinlasib beyan etmek ucun 14 gun? Men telefon gomruye catandan sonra yaxinlasacam bu barede melumat vererdiz zehmet olmasa telefon gomruye catandan sonra beyan ede bilerem
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, müraciətinizi aydın şəkildə qeyd etməyiniz xahiş olunur.
MƏHƏMMƏD MƏMMƏDOV ƏLƏKBƏR
30 May 2025 17:33
Salam men 16 pro getirmek isteyirem xaricden onun beyanname ve rusumu necə manat olacaq?
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarının 1 nömrəli əlavəsinin 9-cu hissəsinə əsasən xaricdən gətirilən mobil telefon cihazları mütləq şəkildə gömrük orqanına bəyan edilməlidir. Mobil telefonların portal.rinn.az saytında qeydiyyata alınması üçün onların Dövlət Gömrük Komitəsinin qeydiyyat sistemində olması vacibdir. Əgər gətirdiyiniz mobil telefonun dəyəri 800 dollardan artıqdırsa bu zaman artıq olan hissə gömrük ödənişinə cəlb olunur. Qeyd edək ki, malların gömrük dəyəri onları gömrük sərhədindən keçirən fiziki şəxslər tərəfindən həmin mallar bəyan olunarkən bildirilir.
Hüseynov Ceyhun Bəylər
26 Aprel 2025 14:13
Salam, xaricdən telefon gətirmişəm gömrük rüsumu ilə bəyanı ödənilmədikdə vətəndaşa problem ola bilərmi?
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, gömrük sərhəddindən keçirilən mobil telefonların bəyan edilməməsi qanunvericiliyə əsasən inzibati məsuliyyət yaradır. Eyni zamanda mobil telefonların portal.rinn.az saytında qeydiyyata alınması üçün onların Dövlət Gömrük Komitəsinin qeydiyyat sistemində olması vacibdir. Əlavə olaraq qeyd edirik ki, 30 gündən sonra bəyan edilməyən mobil cihazların daxili operatorların şəbəkəsində istifadəsi mümkün deyil.
Vuqar, Abbasov, Ramiz
4 Aprel 2025 14:21
Salam . Mənim qardaşım xaricdən iphone 16 pro gətirib , bilmədiyi üçün gömrükdə bəyan eləməyib . 1 aydan cox vaxt keçib. İndi bəyan eləmək olarmı ?Olarsa bunun üçün cərimə tədbiq edilirmi ?
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, ərazi gömrük orqanına yaxınlaşmağınız xahiş olunur.
Ağahüseyn Səfərzadə Əli oğlu
2 Aprel 2025 02:42
Salam. Mən Türkiyədən Iphone 16 pro 128gb aldım amma ödəniş çeki yoxdur. Ölkəyə döndükdə bu telefonu beyan edebilərəm mi? Edəbilərəmsə nə qədər gömrük rüsumu ödəməliyəm?
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, malın bəyan edilmiş gömrük dəyərinin təsdiqi üçün fiziki şəxs malın əldə olunmasını təsdiq edən müvafiq sənədləri (çek, hesab sənədi və s.) gömrük orqanlarına təqdim edə bilər. Malların bəyan edilmiş gömrük dəyərinin dəqiqliyini yoxlamaq məqsədilə gömrük orqanlarının bu malların satışını həyata keçirən xarici təşkilatların kataloqlarının və ya sərəncamlarında olan digər mənbələrin qiymət məlumatlarından istifadə etmək hüququ vardır. Qeyd edirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarının 1 nömrəli əlavəsinin 9-cu hissəsinə əsasən xaricdən gətirilən mobil telefon cihazları mütləq şəkildə gömrük orqanına bəyan edilməlidir. Mobil telefonların portal.rinn.az saytında qeydiyyata alınması üçün onların Dövlət Gömrük Komitəsinin qeydiyyat sistemində olması vacibdir. Əgər gətirdiyiniz mobil telefonun dəyəri 800 dollardan artıqdırsa bu zaman artıq olan hissə gömrük ödənişinə cəlb olunur.
Elşən Qədimov Eldar
26 Noyabr 2024 17:04
Salam. Xaricdən telefon almışam və qayıdanda aeroportda bəyan etməyi unutmuşam. İndi bəyan üçün hansi filiala yaxınlaşmalıyam?
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, mobil telefonu bəyan etmək üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə yaxınlaşa bilərsiniz.
Orxan Yusifov Natiq oğlu
29 Oktyabr 2024 14:49
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xüsusi rütbəsi olan DGKA məzunu məzunlar üçün olan müsabiqənin test imtahanından azad edilmiş hesab olunur?
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, DGKA məzunlarının gömrük orqanlarına xidmətə qəbulu ilə əlaqədar müsabiqə artıq yekunlaşıb. İmtahanda iştirak edən namizədlər müsabiqənin yazılı imtahan və müsahibə mərhələsində iştirak ediblər.
Novruzov Nəsimi Maarif oğlu
17 İyul 2024 21:32
Salam. Valideynlərdən biri olmadığı halda o biri valideyn uşaqları ölkədən aparmaq üçün razılıq ərizəsi lazımdır. Bu ərizə mobil notariat adlanan elektron proqram əsasında verilir. Bu ərizədə uşaqların hamısını bir ərizədə qeyd edə bilərmi yoxsa hər uşaq üçün ayrı ərizə yazılmalıdır? Təşəkkür
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, bu məsələ gömrük orqanlarının səlahiyyətlərinə aid deyil.
Hüsniyyə Zamanova İkram qızı
16 İyul 2024 10:50
Salam mənim xaricdə yaşayan tanisim mənə və ailəmə hədiyyə telefon gətirib. Hava limanında bəyan etmirdilər ki, olmaz axırda sizin qaynar xəttə müraciət etdikdən sonra məcburən bəyan etdilər və təcili rüsumu ödəməyimi tələb etdilər. Mən qonaqlarımı qarşılamaqa gəlmişdim və bildirdim ki, ödəniş növbəti gün həyata keçiriləcək hal hazırda üstümdə o qədər vəsait yoxdur. Bəyənnamədə göstərilən rüsuma baxdım və digər vətəndaşların həmin telefon üçün rüsumuna baxdıqda gördüm ki, mənim rüsumumu çox yazıblar digər vətəndaşda iphone 15 pro 128 gb telefon üçün 199.79 AZN rüsum olduğu halda məndə isə 279.90 azn olub. Bu nə dərəcədə düzgündür. Həmin vətəndaşdan soruşanda bildirdi ki, mənimdə alış qəbzim yox idi özlərində olan qiymətlə qiymətləndirdilər və bu rüsum etdi. Xahiş edirəm bu məsələyə açıqlıq verəsiniz. Eyni gündə necə olur 10 dəqiqə əvvəl rüsum az olur 10 dəqiqə sonra isə çox?
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən mallara, o cümlədən mobil telefonlara gömrük rüsumlarının tətbiqi “Gömrük tarifi haqqında”Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun gömrük dəyəri müəyyən edilməklə həyata keçirilir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 302-ci maddəsinə əsasən malların gömrük dəyəri onları gömrük sərhədindən keçirən fiziki şəxslər tərəfindən həmin mallar bəyan olunarkən bildirilir. Malın bəyan edilmiş gömrük dəyərinin təsdiqi üçün fiziki şəxs malın əldə olunmasını təsdiq edən müvafiq sənədləri (çek, hesab sənədi və s.) gömrük orqanlarına təqdim edə bilər. Malların bəyan edilmiş gömrük dəyərinin dəqiqliyini yoxlamaq məqsədilə gömrük orqanlarının bu malların satışını həyata keçirən xarici təşkilatların kataloqlarının və ya sərəncamlarında olan digər mənbələrin qiymət məlumatlarından istifadə etmək hüququ vardır.
Qumru Elşad qızı Əlizadə
15 İyul 2024 09:06
Salam mənim bağlamam gömrükde saxlanılıb buraxılmağı üçün ne edə bilerem?
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Hörmətli vətəndaş, müraciətinizi ətraflı şəkildə qeyd etməyiniz xahiş olunur.
Taleh Allahverdiyev Azər
13 Mart 2024 09:22
Salam, Sizə 3 ədəd sualım var: 1.Türkiyədən Azərbaycana metal səs tapançası (kuru sıkı) gətirməyə icazə varmı? 2.Qazla işləyən plastik şarik atan metal tapança gətirməyə icazə varmı? 3. (Airsoft) sadə porşenlə olan plastik şarik atan metal tapança gətirməyə icazə varmı? xahiş edirəm ətraflı izah verəsiz? bunlardan hansına icazə var? hansına icazə yoxdu? icazə olmayana niyə icazə yoxdu? və icazə almaq üçün hansı sənəd tələb olunur?
Sirus Umarov Fəxrdəddin
7 Dekabr 2023 01:41
Salam. Men Rusiyadan telefon getirmisem amma uzerimde (odenis Ceki) yoxdur. Gomruk emekdaslarina sorucdugumda dediler ki cek olmadan beyan elemek mumkun deyil. Bu meseleni nece hell etmek olar.
195