Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunlarının diqqətinə!
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 939 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi”nə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası (bundan sonra – Akademiya) Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (bundan sonra – Komitə) üçün ali təhsilli kadrlar hazırlayır. Bu baxımdan Komitənin kadr ehtiyaclarının formalaşdırılmasında Akademiyanın zəruri səriştələrə malik olan məzunlarının gömrük orqanlarına xidmətə qəbulu prioritet hədəflərdəndir.
Gömrük orqanlarında xidmətə qəbul Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə” və Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 12 noyabr tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi Qaydası”na əsasən müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə test imtahanı və müsahibə mərhələsindən ibarətdir.
Komitə Akademiya məzunlarının gömrük orqanlarına xidmətə qəbulu ilə əlaqədar müsabiqə elanedir. Akademiyanın Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) azı 70 balolan və qanunvericiliklə müəyyən edilmiş tələblərə, o cümlədən vakant vəzifənin tutulması şərtlərinə uyğun olan məzunları müsabiqədə iştirak etmək üçün müraciət edə bilər.
"Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”yə əsasən aşağıda qeyd olunan şəxslər gömrük orqanlarına xidmətə qəbul edilmir:
-yaşı 30-u keçmiş vətəndaşlar;
-qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar;
-ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər;
-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər;
-tibbi rəyə əsasən fiziki və əqli pozuntularına görə gömrük orqanlarında işləməyə qadir olmayan şəxslər;
-gömrük, digər hüquq mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilmiş şəxslər;
-din xadimləri.
Müsabiqəyə təqdim edilən vakant vəzifələr:
№
Gömrük orqanının adı
Struktur bölmənin adı
Vəzifənin adı
Vakansiya sayı
1
Naxçıvan Baş Gömrük İdarəsi
Hədəfləmə və koordinasiya şöbəsi
inspektor
1
2
Naxçıvan Baş Gömrük İdarəsi
Maliyyə və təchizat şöbəsi
inspektor
1
3
Naxçıvan Baş Gömrük İdarəsi
"Culfa" gömrük postu
inspektor
1
4
Naxçıvan Baş Gömrük İdarəsi
"Sədərək" gömrük postu
inspektor
1
5
Gəncə Gömrük İdarəsi
Hədəfləmə və koordinasiya bölməsi
inspektor
1
6
Astara Gömrük İdarəsi
Skanlaşdırma şöbəsi
inspektor
1
7
Astara Gömrük İdarəsi
“Astara” gömrük postu
inspektor
1
8
Balakən Gömrük İdarəsi
“Mazımqara” gömrük postu
inspektor
1
9
Şərqi Zəngəzur Gömrük İdarəsi
Gömrük risklərinin idarəolunması bölməsi
inspektor
1
Vətəndaşlar tərəfindən yuxarıda qeyd olunan vakant vəzifələrdən yalnız biri üzrə müsabiqədə iştirak etmək üçün müraciət edilə bilər. Namizədlər vakant vəzifələrə dair vəzifə təlimatlarını Komitənin rəsmi internet saytından əldə edə bilərlər.
Müsabiqənin test imtahanı mərhələsi üçün sənədlərin qəbulu elektron qaydada 21 sentyabr 2026-cı il saat 18:00-dək Komitənin rəsmi internet saytı vasitəsilə aparılacaqdır. Namizədlər bu müddət ərzində Komitənin rəsmi internet saytında“Komitə/ Xidmətə qəbul/ Müsabiqəyə qeydiyyatla bağlı müraciət/ Qeydiyyat” bölməsinə daxil olmaqla müvafiq məlumat qrafalarını doldurmalıdırlar. Məlumatları sistemə daxil etdikdən sonra namizədin elektron poçt ünvanına iş nömrəsi və şifrə göndərilir. Namizədlər bu məlumatı qəbul etdikdən sonra “Komitə/ Xidmətə qəbul/ Müsabiqə /Müsabiqəyə qeydiyyatla bağlı müraciət/ Sənədlərin elektron qəbulu” bölməsinə daxil olmalı və aşağıda qeyd olunan sənədlərin skan edilmiş surətini yükləməklə qeydiyyatı yekunlaşdırmalıdır:
Qeyd: 1. “Müraciət forması”nın aidiyyəti hissə, bənd və yarımbəndləri namizəd tərəfindən
doldurulmalı və imzalanmalıdır.
2.Skan edilmiş sənədlər tam, ardıcıl, oxunaqlı və aydın olmalıdır.
3. Yüklənən faylın həcmi 3.5 MB-dan çox olmamalıdır.
4. 2 və 3-cü bəndlərdə qeyd edilən sənədlər bir PDF fayl şəklində yüklənməlidir.
Müsabiqədə iştirak etmək üçün müraciət etmiş namizədin sənədlərinin tamlığı, aktuallığı Komitə tərəfindən yoxlanılaraq təsdiq edildikdən sonra namizəd test imtahanında iştirak etmək üçün qeydə alınır. Təqdim edilən sənədlər müəyyən olunmuş tələblərə uyğun olmadıqda, yaxud natamam olduqda qəbul edilmir və aşkar olunmuş çatışmazlıqlar namizədə bildirilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırıldıqda, namizəd müsabiqədə iştirak etmək üçün qeydə alınır. Müsabiqədə iştirakı qeydə alınan namizədə elektron poçt ünvanı vasitəsilə bildiriş göndərilir.
Namizəd qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış, yaxud təhrif edilmiş məlumatların verilməsi aşkar edildikdə, namizədin test imtahanında və (və ya) müsahibədə (söhbətdə) əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Müsabiqənin test imtahanı mərhələsi 24 oktyabr 2026-cı il tarixində Akademiyanın inzibati binasında keçiriləcəkdir.
Test imtahanında namizədlərə normativ hüquqi aktlar üzrə 70, məntiqi təfəkkürün yoxlanılması ilə bağlı 15 və ümumi dünyagörüşünün yoxlanılması ilə bağlı 15 test olmaqla, ümumilikdə 100 qapalı tipli test tapşırığı təqdim ediləcəkdir. Test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla qiymətləndirilir.
Test imtahanında 80 və daha artıq bal toplayan namizədlər müsabiqənin müsahibə mərhələsində iştirak hüququ əldə edirlər. Test imtahanında iştirak edən namizədlərin imtahan nəticələri və Komitədə vakant vəzifələr nəzərə alınmaqla “Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar Müsabiqə Komissiyası”nın qərarı əsasında müəyyən edilmiş keçid balı aşağı salına bilər.
Namizədlər Komitənin rəsmi internet saytında yerləşdirilmiş test imtahanı proqramıilə tanış ola bilərlər.
Müsabiqənin test imtahanı mərhələsini uğurla keçən namizədlərlə müsahibə keçiriləcəkdir. Müsahibənin (söhbətin) məqsədi namizədin gömrük orqanlarında işləmək üçün tələb olunan bilik, bacarıq və keyfiyyətlərə malik olmasını, habelə vakant vəzifənin tələblərinə uyğunluğunu müəyyən etməkdən ibarətdir.
Vakant vəzifə üzrə müsabiqədə ən yüksək nəticə əldə edən namizəd qalib hesab edilir və yalnız həmin namizəd müvafiq vakant vəzifəyə təyin edilir. Müsabiqә nәticәlәri bәrabәr olduqda ali tәhsil pillәsinin daha yüksәk sәviyyәsini bitirәnlәrә, tәhsil sәviyyәsi eyni olduqda isә tәhsil müәssisәsini fәrqlәnmә ilә bitirәnlәrә, akademik və digər göstəricilərinə görə xüsusi fərqlənən məzunlara, müvafiq sahә üzrә әmәk stajına malik olanlara və xarici dil bilәnlәrә üstünlük verilir.
Namizәdin müsabiqə üzrə yekun nəticəsi aşağıdakı düsturla hesablanır:
Y=(TN+MN)÷2
Y – namizәdin müsabiqə üzrə yekun nəticəsi
TN – test imtahanı nəticəsi (faizlə)
MN – müsahibə nəticəsi (faizlə)
Müsabiqənin test imtahanı mərhələsinin keçirilməsi haqqında əlavə məlumat veriləcəkdir.