Yaşıl Dəhliz buraxılış sistemi
Yaşıl Dəhliz buraxılış sistemi
"Yaşıl Dəhliz" buraxılış sisteminin məqsədi qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq, biznesin dövlət tənzimləmə mexanizmlərinin effektivliyini artırmaq, könüllü riayət mədəniyyətini formalaşdırmaq, risk qiymətləndirilməsi və gömrük auditi əsasında gömrük nəzarətini və rəsmiləşdirilməsini daha çevik və şəffaf həyata keçirməklə fiziki gömrük yoxlamalarını minimuma endirmək, ölkənin ixrac potensialını gücləndirmək, məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsiplərinə uyğun olaraq inkişaf etdirmək və mövcud resurslardan daha optimal istifadəni təmin etməkdir.
Yaranmış suallarla bağlı müraciət üçün
Mobil əlaqə: (+994) 50 2043013 , (+994) 50 2043014
E-mail: green.channel@customs.gov.az
İxrac əməliyyatları üzrə "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnu əldə etmiş xarici ticarət iştirakçılarının nəzərinə!
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən verilən gömrük eyniləşdirmə vasitələri (plomblar) yalnız onların təhvil verildiyi şəxslərə məxsus malların daşınmasını həyata keçirən nəqliyyat vasitələrinə vurulmalıdır.
Gömrük eyniləşdirmə vasitələrinin qəsdən yararsız vəziyyətə salınması, itirilməsi, digər şəxslərin istifadəsinə verilməsi, o cümlədən digər şəxslərə verilmiş gömrük eyniləşdirmə vasitələrindən istifadə edilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 481-ci və 492-ci maddələrinə əsasən inzibati məsuliyyətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.
Yararsız vəziyyətə düşmüş gömrük eyniləşdirmə vasitələri səbəbi göstərilməklə müvafiq akt əsasında Dövlət Gömrük Komitəsinə təhvil verilməlidir.
Faydalı Məlumatlar