Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsinin Apellyasiya Şurası

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Apellyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı Komitəsinin və onun struktur qurumlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) verilmiş təkrar şikayətlərə baxan və ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır.

Apellyasiya Şurası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununu və Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə"ni və Dövlət Gömrük Komitəsi sədrinin 5 fevral 2016-cı il tarixli 100/022 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Apellyasiya Şurası haqqında Əsasnamə"ni rəhbər tutur.

Apellyasiya Şurasının sədri - Bəhruz Quliyev, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general mayoru
 

Apellyasiya Şurasının Katibliyinin rəhbəri - Əli Hüseynov, Dövlət Gömrük Komitəsinin Katibliyinin Qərarların icrasına nəzarət şöbəsinin baş inspektoru , gömrük xidməti polkovnik-leytenantı

Mətni uzun olan məktublar, sənəd surətləri, fotoşəkillər və yol verilən digər əlavələr Dövlət Gömrük Komitəsinin e-poçt: apellyasiya.shurasi@customs.gov.az ünvanına göndərilməsi tövsiyə olunur.

Telefon: +99412 539-25-92

Fax: +99412 404-22-52

 

Bizə yazın
195