Gömrük rüsumlarının statistikası
2018-ci ildən etibarən ölkədə 7 pilləli (0%, 0.5,% 1%, 3%, 5%, 10%, 15%) advalor gömrük rüsum dərələcələrindən yeni 3 pilləli (0%, 5%, 15%) gömrük rüsum dərəcələrinə keçid alınmışdır. Rüsum dərəcələrinin strukturunun sadələşdirilməsi, ticarət dövriyyəsinin artırılması məqsədilə əksər mal kodları üzrə idxal gömrük rüsumlarının endirilməsi, yerli istehsalın qorunması məqsədilə isə müəyyən mal kodlarının gömrük rüsumları qaldırılmışdır, digərləri isə olduğu vəziyyətdə saxlanılmışdır.
Gömrük tarifi mexanizminin daha da təkmilləşdirilməsi yolu ilə xarici iqtisadi fəaliyyətin səmərəliliyinin artırılması, ölkədə rəqabətədavamlı məhsulların istehsalı, daxili bazarın qorunması və qeyri-neft sektorunun davamlı inkişafında dövlət dəstəyinin daha da gücləndirilməsi, idxal rüsumlarının çoxpilləli sistemdən azpilləli sistemə keçirilməsi, habelə "Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında" Beynəlxalq Konvensiyaya və göstərilən Konvensiyaya Düzəliş Protokoluna qoşulmaq barədə" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə kodların Beynəlxalq Harmonik Sistemin yeni variantına uyğunlaşdırılması məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 28.5-ci və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanının 3.2-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetitərəfindən "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsümlarının dərəcələri haqqında" 17 noyabr 2017-ci tarixli 500 nömrəli Qərarı təsdiq edilmişdir.
Yenilənmiş təfsilati kodlaşdırma sistemi və malların idxal-ixrac rüsum dərəcələri VAİS proqram təminatına daxil edilmiş və 01.01.2018-ci il tarixindən xarici iqtisadi fəaliyyət iştirakçılarının rahatlığının təmin olunması üçün Dövlət Gömrük Komitəsinin "customs.gov.az" rəsmi saytında yerləşdirilərək ümumi istifadəyə verilmişdir.
2023
Baxmaq2022
Baxmaq2021
Baxmaq2020
Baxmaq2019
Baxmaq2018
Baxmaq