Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Müvəqqəti saxlanc və gömrük anbarı

Şəxslərə məxsus olan müvəqqəti saxlanc və gömrük anbarlarında yerləşdirilən mallar üzərində gömrük nəzarəti tədbirlərinin həyata keçirilməsi məqsədilə anbarlar gömrük orqanı tərəfindən reyestrə daxil edilir və mallarla əlaqədar uçot məlumatlarının mübadiləsi aparılır.

Müvəqqəti saxlanc və gömrük anbarlarının reyestrə daxil edilməsinə dair elektron ərizə formasının təqdim edilməsi Qaydaları

Müvəqqəti saxlanc və gömrük anbarlarının reyestrə daxil edilməsinə dair elektron müraciət forması üçün KLİKLƏYİN

Zəhmət olmasa, müvəqqəti saxlanc və gömrük anbarlarının reyestrə daxil edilməsinə dair elektron müraciət formasını doldurmamışdan öncə “Müvəqqəti saxlanc anbarlarının və gömrük anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada yerləşdirilən mallarla əlaqədar əməliyyatlara, uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin həyata keçirilməsinə, anbar sahibinə dair Tələblər” və “Gömrük nəzarəti zonalarının yaradılması və nişanlaması Qaydaları” ilə tanış olun.

 

Müvəqqəti saxlanc və gömrük anbarlarının reyestrə daxil edilməsi prosesi:

  1. Şəxslər elektron qaydada Dövlət Gömrük Komitəsinə müraciət edir;
  2. Dövlət Gömrük Komitəsi ərizəyə onun daxil olduğu gündən 1 (bir) ay müddətində baxır və anbarların reyestrə daxil edilməsi barədə qərar qəbul edir;
  3. Dövlət Gömrük Komitəsi müraciətə dair qəbul edilmiş qərar barədə şəxsi məlumatlandırır.

Yaranmış suallarla bağlı müraciət üçün

Tel: (+994) 12 4042200 (daxili: 0468, 0469, 0473)

 

Müvəqqəti saxlanc yerləri
02311
Müvəqqəti saxlanc anbarlarının fəaliyyətinin təşkili şöbəsinin Sınıq-Körpü bölməsi
Qırmızı-Körpü gömrük postunun müvəqqəti saxlanc yeri
02312
Müvəqqəti saxlanc anbarlarının fəaliyyətinin təşkili şöbəsinin Astara bölməsi
Astara Gömrük İdarəsinin müvəqqəti saxlanc yeri
02313
Müvəqqəti saxlanc anbarlarının fəaliyyətinin təşkili şöbəsinin Mazımçay bölməsi
Mazımçay gömrük postunun müvəqqəti saxlanc yeri
02314
Müvəqqəti saxlanc anbarlarının fəaliyyətinin təşkili şöbəsinin Biləsuvar bölməsi
Biləsuvar Gömrük Postunun müvəqqəti saxlanc yeri
02315
Müvəqqəti saxlanc anbarlarının fəaliyyətinin təşkili şöbəsinin Samur bölməsi
Samur Gömrük Postunun müvəqqəti saxlanc yeri
02318
Müvəqqəti saxlanc anbarlarının fəaliyyətinin təşkili şöbəsinin Bakı hava limanı bölməsi
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin müvəqqəti saxlanc yeri
02328
Müvəqqəti saxlanc anbarlarının fəaliyyətinin təşkili şöbəsinin Bakı bölməsi
Bakı-Səlyan Şössesi müvəqqəti saxlanc yeri
02329
Müvəqqəti saxlanc anbarlarının fəaliyyətinin təşkili şöbəsinin Bakı bölməsi
Bakı-Xırdalan qəsəbəsi müvəqqəti saxlanc yeri
195