Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Poçt göndərişləri

Poçt göndərişləri

1. Azərbaycan Respublikasına beynəlxalq poçt göndərişlərində göndərilməsi qadağan olan mal və əşyalar:

1.1. Azərbaycan  Respublikasının  qanunvericiliyi ilə dövriyyəsi qadağan olunmuş xidməti və mülki silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika;

1.2. Pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıqlar;

1.3. Insan orqanları və (və ya) toxumaları;

1.4. Canlı heyvanlar;

1.5. Tezalışan maddələr;

1.6. Zəhərli və toksikoloji maddələr;

1.7. Bioloji və infeksion maddələr;

1.8. Civə, kimyəvi reaktivlər və turşular;

1.9. Insanın şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyatını təhqir edən materiallar;

1.10. Tez xarab olan qida məhsulları;

1.11. Öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər;

1.12. Sikkələr, banknotlar və yol çekləri;

1.13. Radioaktiv maddələr;

1.14. Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimat;

1.15. Narkotik vasitələrin, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar;

1.16. Əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar;

1.17. Odlu silah və onun döyüş sursatları.

2. Azərbaycan Respublikasından beynəlxalq poçt göndərişlərində göndərilməsi qadağan olan mal və əşyalar:

2.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə dövriyyəsi qadağan olunmuş xidməti və mülki silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika;

2.2. Pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıqlar;

2.3. Insan orqanları və (və ya) toxumaları;

2.4. Canlı heyvanlar;

2.5. Tezalışan maddələr;

2.6. Zəhərli və toksikoloji maddələr;

2.7. Bioloji və infeksion maddələr;

2.8. Civə, kimyəvi reaktivlər və turşular;

2.9. Insanın şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyatını təhqir edən materiallar;

2.10. Tez xarab olan qida məhsulları;

2.11. Öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər;

2.12. Sikkələr, banknotlar və yol çekləri;

2.13. Təyinat ölkəsinin idxalına qadağa qoyduğu mal və əşyalar;

214. Dövlət gerbi həkk olunmuş sənədlərin əsli;

215. Dövlət kəmiyyət vahidləri etalonları;

216. Dövlət Arxiv Fondunun sənədləri;

2.17. Aparılmasına və ya göndərilməsinə, gətirilməsinə və ya alınmasına Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi olmayan zooloji kolleksiyalar, onların hissələri və ya ayrı-ayrı obyektləri, o cümlədən heyvanlar aləmi obyektləri;

2.18. Radioaktiv maddələr;

2.19. Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimatlar;

3. AzərbaycanRespublikasının ərazisindən keçən (tranzit) beynəlxalq poçt göndərişlərində göndərilməsi qadağan olan mal və əşyalar:

3.1 Azərbaycan Respublikasının qanunvericiliyi ilə dövriyyəsi qadağan olunmuş xidməti və mülki silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr,hərbi texnika;

3.2. Canlı heyvanlar;

3.3. Tezalışan maddələr;

3.4. Zəhərli və toksikoloji maddələr;

3.5. Bioloji və infeksion maddələr;

3.6. Civə, kimyəvi reaktivlər və turşular;

3.7. Insanın şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyatını təhqir edən materiallar;

3.8. Tez xarab olan qida məhsulları;

3.9. Öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər;

3.10. Radioaktiv maddələr;

3.11. Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimatlar;

3.12. Narkotik vasitələrin, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar;

3.13. Əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar;

3.14. Odlu silah və onun döyüş sursatları.
 

Fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş aşağıda göstərilən mallar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilə bilər:

  • beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı müddətində ümumi gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən mallar;
  • poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə gömrük ərazisindən göndərilən mallar
     
195