Məcburi qərarlar
“Məcburi qərarlar” sistemi biznes subyektlərinə gömrük orqanına müraciət etməklə konkret mallar və əməliyyatlarla əlaqədar malın təsnifatı və mənşə ölkəsinə dair məlumatların əvvəlcədən müəyyənləşdirilməsi imkanını verən ticarətin asanlaşdırılması üsullarından biridir.
Məcburi qərarın əldə edilməsi xarici ticarət iştirakçısına hansı üstünlükləri verir?
- Konkret mallar və əməliyyatlarla əlaqədar malın təsnifatının və mənşə ölkəsinin əvvəlcədən müəyyən edilməsi ilə gömrük rəsmiləşdirilməsi prosesinin sadələşdirilmiş və sürətli qaydada başa çatdırılması;
- Eyni xüsusiyyətlərə dair malların rəsmiləşdirilməsi zamanı təkrar ekspertiza sorğularının aradan qaldırılması;
- Xarici ticarət iştirakçılarına öz biznes planlarının əvvəlcədən düzgün proqnozlaşdırılması imkanının yaradılması;
- Gömrük-biznes arasında tam şəffaflığın təmin edilməsi.
Məcburi qərarın qəbul edilməsi prosesi:
- Şəxslər elektron qaydada Dövlət Gömrük Komitəsinə müraciət ünvanlayır;
- Dövlət Gömrük Komitəsi 30 (otuz) gün müddətində müraciəti yoxlayır. Əlavə araşdırma tələb olunduğu hallarda isə icra müddəti hər dəfə 30 (otuz) gün olmaqla 2 (iki) dəfə uzadılır;
- Dövlət Gömrük Komitəsi müraciətə dair qəbul edilmiş qərar barədə şəxsi məlumatlandırır.
Qeyd: Hal-hazırda “Məcburi qərarlar” sisteminin təkmilləşdirilməsi məqsədi ilə 6 (altı) ay müddətində pilot qaydada tətbiq edildiyindən, qəbul edilən məcburi qərar yalnız həmin müddət ərzində həyata keçirilən idxal və ya ixrac əməliyyatına şamil edilir və “Gömrük orqanları tərəfindən malların təsnifatının və mənşə ölkəsinin müəyyənləşdirilməsi üzrə məcburi qərarların qəbul edilməsinə dair Metodika”nın 7.3-cü bəndində əks olunan müddəalar pilot layihə müddətində istisna olunur.
Yaranmış suallarla bağlı müraciət üçün
E-mail:advancerulings@customs.gov.az
Tel: (+994) 12 4042200 (daxili: 0459, 0470, 0477)