Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Əqli mülkiyyət hüquqları

Əqli mülkiyyət hüquqları

Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrə daxil edilməsi, gömrük sərhədindən keçirilən pirat və ya kontrafakt mallar üzərində gömrük nəzarətinin səmərəliliyinin artırılması, həmçinin hüquq sahibləri ilə dayanıqlı kommunikasiyanın təmin edilməsi məqsədilə gömrük orqanları tərəfindən əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestri aparılaraq bu sahədə gömrük nəzarəti tədbirləri həyata keçirilir.

Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların Siyahısı

Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrə daxil edilməsinə dair elektron ərizə formasının təqdim edilməsi Qaydaları 

Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrə daxil edilməsi üçün KLİKLƏYİN

Zəhmət olmasa, tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrə daxil edilməsinə dair elektron ərizəsi formasını doldurmamışdan öncə “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrə daxil edilməsinə dair elektron ərizə formasının təqdim edilməsi Qaydaları” və “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrinin aparılması Qaydaları” ilə tanış olun.

Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrə daxil edilməsi xarici ticarət iştirakçısına hansı üstünlükləri verir?

  1. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallara dair hüquqların gömrük orqanları tərəfindən qorunması;
  2. Gömrük-biznes subyektləri arasında əməkdaşlığın möhkəmləndirilməsi;
  3. Reyestrə daxil edilmiş tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallara dair məlumatların ictimaiyyətə əlçatanlığının təmin olunması;
  4. Müvafiq əqli mülkiyyət obyektlərinin nüsxələrinin qeyri-qanuni istehsalı və yayılmasının qarşısının alınması.

Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrə daxil edilməsi prosesi:

  1. Şəxslər elektron qaydada Dövlət Gömrük Komitəsinə ərizə ünvanlayır;
  2. Dövlət Gömrük Komitəsi ərizəyə onun daxil olduğu gündən 1 (bir) ay müddətində baxır və malların reyestrə daxil edilməsi barədə qərar qəbul edir;
  3. Dövlət Gömrük Komitəsi ərizəyə dair qəbul edilmiş qərar barədə şəxsi məlumatlandırır.

 

Yaranmış suallarla bağlı müraciət üçün

E-mail: ipr@customs.gov.az

Tel: (+994) 12 4042200 (daxili: 0468, 0469, 0473)

195