Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Hüquq-mühafizə fəaliyyəti

Hüquq-mühafizə fəaliyyəti

"Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 3 may 2017-ci il tarixli 1361 nömrəli Fərmanına əsasən İnzibati Xətalar Məcəlləsinin 448, 449 (idxala münasibətdə), 506 və 508-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı:

1. Komitənin sədri, onun müavinləri

2. Komitə Aparatının Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi, onun müavinləri, həmin baş idarənin idarə, şöbə (bölmə) rəisləri

3. Naxçıvan Baş Gömrük İdarəsinin rəisi, onun müavini

Komitə sisteminə daxil olan ərazi və ixtisaslaşdırılmış baş gömrük idarələrinin və gömrük idarələrinin rəisləri, onların müavinləri, şöbə rəisləri, onların müavinləri, bölmə rəisləri, baş inspektorlar, böyük inspektorlar, müstəntiqlər və təhqiqatçılar."

Statistika
195