Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Səlahiyyətli iqtisadi operator

Səlahiyyətli iqtisadi operator

Səlahiyyətli iqtisadi operatorlar (SİO) Ümumdünya Gömrük Təşkilatının norma və standartlarına uyğun olaraq malların təyinat yerinə çatdırılmasının təhlükəsizliyinin təmin edilməsi və xarici ticarətin asanlaşdırılması məqsədi ilə gömrük nəzarətinin sadələşdirilmiş forma və üsullarından prioritet qaydada istifadə edən hüquqi şəxslərdir.

ELAN

Hörmətli xarici ticarət iştirakçıları! 1 dekabr 2023-cü il tarixindən etibarən SİO statusunun əldə edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinə müraciət ünvanlaya bilərsiniz. Müraciət XİF iştirakçısının şəxsi kabineti vasitəsilə həyata keçirilir.

 

Səlahiyyətli iqtisadi operator statusunun alınması üçün KEÇİD EDİN*

 

Müraciət etməzdən əvvəl aşağıda qeyd olunan sənədlərlə tanış olmağınız və SİO statusunun verilməsi üçün şərtlərə dair ilkin uyğunluğun qiymətləndirilməsini həyata keçirməyiniz xahiş olunur:

Qeyd: “Öz fəaliyyətini qiymətləndirmə” sorğusunun doldurularaq digər sənəd və məlumatlarla birgə müraciətə əlavə edilməsi zəruridir. 

SİO statusunun verilməsi ilə bağlı müraciət və baxılma prosesi:

  1. Şəxslər elektron qaydada Dövlət Gömrük Komitəsinə müraciət edir;
  2. Müraciətə onun daxil olduğu gündən 30 (otuz) gün müddətində baxılır və qərar qəbul edilir;
  3. Qəbul edilmiş qərar barədə şəxs məlumatlandırılır.

 

 

 

 

195