Management

About information
Meeting Days:
Tuesdays of every week
1959-cu il iyul ayının 4-də müəllim ailəsində anadan olmuşdur.
İlk əmək fəaliyyətinə 1976-cı ildə Bakı Şin Zavodunda başlamışdır.
1977-ci ilin noyabr ayından 1979-ci ilin noyabr ayınadək ordu sıralarında xidmət etmişdir.
Hərbi xidməti başa vurduqdan sonra 1990-cı ilin yanvar ayınadək həmin zavodda əmək fəaliyyətini davam etdirmişdir.
1990-cı ilin yanvar ayından 1992-cı ilin iyul ayınadək bir sıra idarə və təşkilatlarda hüquqşünas vəzifəsində işləmişdir.
1980-cı ildə istehsalatdan ayrılmadan Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinin axşam şöbəsinə qəbul olunmuş və 1986-cı ildə qeyd olunan təhsil müəssisəsini bitirərək hüquqşünas ixtisasına yiyələnmişdir.
1992-cı ilin iyul ayından Dövlət Gömrük Komitəsinin Hüquq şöbəsinin rəisi vəzifəsində işləyir.
Ailəlidir, 2 övladı var.