Dog Training Center
Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi 30 sentyabr 2003-cü il tarixdə istismara verildikdə öz parametrlərinə, texniki və avadanlıq təchizatına görə regionda analoqu olmayan, müasir standartlara uyğun yaradılmışdır. Kinoloji Mərkəz Maştağa - Zabrat şosesində yerləşir və 3 hektar ərazini əhatə edir. Kinoloji Mərkəzin bazasında eyni vaxtda 100 baş xidməti it saxlamaq, onlara tibbi qulluq göstərmək və təlim eləmək mümkündür. Mərkəzdə həmçinin cins küçüklərin çoxaldılması, böyüdülməsi, və saxlanılması həyata keçirilir.

Mərkəzin bazasında təcrübəli və yüksək ixtisaslı mütəxəssislər tərəfindən kinoloqların hazırlanması və xidməti axtarış itlərinin aşağıdakı istiqamətlər üzrə hazırlanması həyata keçirilir. Narkotik vasitələrin axtarışı; partlayıcı maddələrin axtarışı; odlu silahların və döyüş sürsatının axtarışı; bütün növ obyektlərin mühafizəsi; iz üzrə axtarış və s. Mərkəzdə müasir avadanlıqlarla təchiz olunmuş baytarlıq klinikası fəaliyyət göstərir ki, burda itlərin müayinə və müalicəsi üçün hər cür imkanlar var. Kinoloji Mərkəzdə təlim olunan itlər dəfələrlə müxtəlif yarışlarda qalib olmuşlar. "Layma” ləqəbli it 2003-cü ildə Bratislavada keçirilən 2-ci Avropa Çempionatında baş mükafatı qazanmışdır.

Telefon:
+994 12 448-29-27