Customs service is one of the main attributes of the independence of any state.

Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsində könüllü qanvermə aksiyası keçirilib

Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsində könüllü qanvermə aksiyası keçirilib

Dekabrın 16-da Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsində könüllü qanvermə aksiyası keçirilib.

Dövlət Gömrük Komitəsi və Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə reallaşdırılan növbəti aksiyada Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları iştirak ediblər.

Donorlar əvvəlcə həkim nəzarətindən keçirilib, gömrükçülərin sağlamlıq durumu müəyyənləşdirildikdən sonra aksiyada iştirak etmələrinə icazə verilib.

Bir neçə saat davam edən aksiyada baş idarənin 33 nəfər əməkdaşı könüllü olaraq qan verib.

Qeyd edək ki, götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra talassemiyadan əziyyət çəkən uşaqlara yardım etmək məqsədilə istifadə olunacaq.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

16 December 2019 00:00
195