Customs service is one of the main attributes of the independence of any state.

Sərhəddə ticarət indikatoru üzrə işçi qrupunun növbəti iclası keçirilib

Sərhəddə ticarət indikatoru üzrə işçi qrupunun növbəti iclası keçirilib

Dekabrın 16-da Dövlət Gömrük Komitəsində Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının "Sərhəddə ticarət" indikatoru üzrə işçi qrupunun növbəti iclası keçirilib.

İclasda Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, baş idarə rəisləri, aidiyyəti qurumların əməkdaşları, İqtisadiyyat, Ədliyyə nazirliklərinin, Qida Təhlükəsizliyi Agentliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Azərbaycan Fransa Ticarət və Sənaye Palatasının və konsaltinq şirkətlərin nümayəndələri iştirak edib.

İclasda biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üzrə xarici ticarət sahəsində islahatlarla bağlı 2019-cu ilin ikinci yarımilliyi üçün icra və kommunikasiya planında nəzərdə tutulan işlər, cari ilin yekunları, gələcək hədəflərlə bağlı məsələlər müzakirə olunub.

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov çıxış edərək Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatların ölkəmizin iqtisadi inkişafına, eyni zamanda xarici ticarət həcminin artmasına təkan verdiyini bildirib və əldə olunan nəticələrin beynəlxalq reytinq cədvəllərində də xüsusilə vurğulandığını diqqətə çatdırıb.

Daha sonra "Sərhəddə ticarət" indikatoru üzrə aidiyyəti dövlət qurumları ilə birlikdə gömrük orqanları tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verən Komitə sədrinin birinci müavini ticarətin asanlaşdırılması, sərhədkeçmə proseslərinin sürətləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi ilə bağlı görülən işlərdən danışıb, bu məqsədlə "e-Növbə" layihəsinin artıq tətbiqinə başlanıldığını, gələcəkdə elektron xidmətlərin sayının artırılacağını, mobil tətbiqlərin genişləndiriləcəyini bildirib.

İclas çərçivəsində aidiyyəti baş idarə rəisləri tərəfindən ticarətin asanlaşdırılması, vətəndaş-məmur təmasının aradan qaldırılması məqsədilə informasiya texnologiyalarının tətbiqi hesabına həyata keçiriləcək layihələr, yeniliklər barədə məlumat verilib, işçi qrupun üzvlərinin rəy və təklifləri dinlənilib.

DGK Mətbuat və ictimaiyyətlə Əlaqələr İdarəsi

16 December 2019 00:00
195