Customs service is one of the main attributes of the independence of any state.

Ayaqqabısında narkotik vasitələr və psixotrop maddə keçirmək istədi

Ayaqqabısında narkotik vasitələr və psixotrop maddə keçirmək istədi

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı Astara gömrük postunda saxlanılıb, şifahi sorğu-sual edildikdən sonra üzərində şəxsi yoxlama aparılıb.

 

Şəxsi yoxlama zamanı vətəndaşın ayağındakı ayaqqabının hər iki tayında 5 ədəd bükümdə ümumi çəkisi 56 qram olan narkotik vasitə - heroin, çəkisi 31,5 qram olan psixotrop maddə - metamfetamin, 19 ədəd üzərində "M40" yazısı olan metadon adlı həb aşkarlanıb.

 

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.

 

Faktla bağlı araşdırma aparılır.

 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

21 December 2019 00:00
195