Customs service is one of the main attributes of the independence of any state.

Pirotexniki vasitələr aşkarlandı

Pirotexniki vasitələr aşkarlandı

Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı onun əynindəki gödəkçənin ciblərində və bel kəmərinin arxa hissəsindən gömrük nəzarətinə bəyan edilməyən 1200 ədəd "Kopcap 1", 120 ədəd "Kopcap 5", 5 ədəd "Djamba", 10 ədəd "Talicman" və 200 ədəd "Happy Family" adlı pirotexniki vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

25 December 2019 00:00
195