Dərman preparatları aşkarlanıb
Dərman preparatları aşkarlanıb
Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "LADA 2105" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.
Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda olan gödəkçənin hər iki qolunun içərisində gömrük nəzarətindən gizlədilən 2800 kapsul "Utrojestan 200 mq"və 18 flakon "Karipazim 350 PE", yük yerindəki əl çantasının içərisindən isə 30 ədəd paketdə "Ekselon 9.5 mq", 1 flakon "Kosopt 5 mq", 90 həb "Akatinol Memantin", 10 flakon "Korteksin 10 mq", 10 ampul "Meksidol 5 ml", 90 həb "Lamiktal 50 mq" və 60 həb "Xlorprotiksen Zentiva 50 mq" adlı dərman preparatları aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi