Customs service is one of the main attributes of the independence of any state.

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı

Bir sıra kütləvi informasiya vasitələrində Azərbaycandan Türkmənistana gedən yük nəqliyyat vasitələrindən Dövlət Gömrük Komitəsinin yol vergilərinə görə 200 ABŞ dolları məbləğində ödəniş tələb etməsi, sürücülərin bunu ödəməkdən imtina etdiyinə görə yük avtomobillərinin uzun müddət Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında gözləməsi barədə məlumat yayılıb.

Bildiririk ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir.

Həmin Məcəllənin 211.1-ci bəndinə əsasən avtonəqliyyat vasitələri növündən, mühərriklərinin həcmindən, Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən, oturacaqlarının və oxlarının sayından, avtonəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisindən, Azərbaycan Respublikası ərazisində qət edilən məsafədən, təhlükəli yüklərin daşınmasından asılı olaraq yol vergisinə cəlb olunurlar.

Həmçinin, Vergi Məcəlləsinin 211.1.1.3-ci yarımbəndinə əsasən yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə oxların sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq aşağıdakı qaydada yol vergisi tətbiq edilir:

 

Ölkə ərazisində qaldığı müddət

4 (dörd) oxa qədər olanda

4 (dörd) ox və çox olanda

1 gün üçün

20 ABŞ dollar

30 ABŞ dollar

2 həftəyədək

40 ABŞ dollar

80 ABŞ dollar

1 aya qədər

140 ABŞ dollar

280 ABŞ dollar

3 aya qədər

400 ABŞ dollar

800 ABŞ dollar

1 ilə qədər

1400 ABŞ dollar

2800 ABŞ dolları

1 ildən yuxarı

1400 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 15 ABŞ dolları

2800 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 30 ABŞ dolları

 

Həmin yük avtomobillərində 4 və daha çox ox olduğu, ölkə ərazisində 14 gündən artıq qaldıqları üçün nəqliyyat vasitələri Vergi Məcəlləsinin 211.1.1.3-cü maddəsində göstərildiyi kimi 280 ABŞ dolları məbləğində yol vergisinə cəlb olunmalıdır. Ölkə ərazisinə daxil olarkən həmin yük avtomobillərinə görə 14 gün üçün 80 ABŞ dolları məbləğində yol vergisi ödənildiyi nəzərə alınaraq 14 gündən 30 günə qədər qaldıqları əlavə müddət üçün nəqliyyat vasitələrinə 200 ABŞ dolları məbləğində əlavə yol vergisi tətbiq edilməlidir.

Qeyd edək ki, gömrük orqanlarının tələbi qanunvericiliyə uyğundur və ödəniş həyata keçirildikdən sonra nəqliyyat vasitələri ölkənin gömrük ərazisini tərk edə bilərlər.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

9 January 2020 00:00
195