Customs service is one of the main attributes of the independence of any state.

Spirtli içki və ərzaq məhsulları aşkarlanıb

Spirtli içki və ərzaq məhsulları aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, həmin ölkə vətəndaşının idarə etdiyi "Mercedes-Benz Travego 17 SHD" markalı avtobus saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtobusun arxa pilləkəninin içərisində gömrük nəzarətindən gizlədilən 80 kq sosiska, 5 kq qaxac olunmuş ət və 36 litr çaxır aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi
 

15 January 2020 00:00
195