Customs service is one of the main attributes of the independence of any state.

Avtomobildə dərman preparatı aşkarlanıb

Avtomobildə dərman preparatı aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn "Mercedes Benz" markalı sərnişin avtobusu saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.

Sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, nəqliyyat vasitəsi rentgen qurğusundan keçirilərkən şübhəli təsvirlər müşahidə olunub.

Avtomobilə gömrük baxışı zamanı nəqliyyat vasitəsinin salonunda oturacaqların alt hissəsində 350 ədəd üzərində "Deposilin Pensilin G Benzatin" yazılan dərman preparatı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

16 January 2020 00:00
195