Customs service is one of the main attributes of the independence of any state.

Avtomobildə siqaret və küllü miqdarda dərman preparatları aşkarlanıb

Avtomobildə siqaret və küllü miqdarda dərman preparatları aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes Benz" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Avtomobilə gömrük baxışı zamanı nəqliyyat vasitəsinin salonunda və qapısının içərisində gömrük nəzarətinə bəyan edilməyən 4000 ədəd "Marlboro" markalı siqaret, 4215 həb, 3320 kapsul, 24 ədəd iynə və 276 ampuladan ibarət müxtəlif adda dərman preparatları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

1 February 2020 00:00
195