Customs service is one of the main attributes of the independence of any state.

Pirotexniki vasitələri gizlədərək keçirmək istədi

Pirotexniki vasitələri gizlədərək keçirmək istədi

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Qaz 3110" markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Yoxlama zamanı avtomobilin salonunda, yan örtüklərin içərisində gömrük nəzarətindən gizlədilən, üzərində "Magical Candle 40 Ball" yazısı olan 400 ədəd fişəng aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

1 February 2020 00:00
195