Customs service is one of the main attributes of the independence of any state.

"Gömrük xəttində xidmət edən zabitlər üçün sərhədlərin mühafizəsi" mövzusunda təlim keçirilir

"Gömrük xəttində xidmət edən zabitlər üçün sərhədlərin mühafizəsi" mövzusunda təlim keçirilir

Fevralın 3–də Türkiyə Respublikasının Ədirnə şəhərində ABŞ Dövlət Departamentinin təşkilatçılığı ilə "Gömrük xəttində xidmət edən zabitlər üçün sərhədlərin mühafizəsi" mövzusunda təlim keçirilir.

 

Tədbirdə Türkiyənin gömrük xidmətinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları iştirak edir.

Tədbirin keçirilməsində məqsəd gömrük təhlükəsizliyi metodları və bu istiqamətdə beynəlxalq səviyyədə uğurlu olan təcrübələr, qaçaqmalçılığa və beynəlxalq terrorçuluğa qarşı mübarizə mövzuları ətrafında müzakirə aparmaq, habelə mövcud problemlərin həlli yollarını müəyyənləşdirməkdir.

Qeyd edək ki, təlim 4 gün davam edəcək.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

3 February 2020 00:00
195