Psixotrop maddə - metamfetamin aşkarlanıb
Psixotrop maddə - metamfetamin aşkarlanıb
Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarətindən keçən zaman özünü şübhəli apardığına görə saxlanılıb.
Sorğu-sual zamanı vətəndaş əl yükündə gömrük nəzarətindən gizlədilən, gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin, o cümlədən psixotrop maddə və narkotik vasitələrin olmadığını bildirib.
Şəxsi yoxlama zamanı onun üzərində olan cins şalvarın bel kəməri bağlanan yerinin astar hissəsindən 3 ədəd bükümdə çəkisi 0,9 qram təşkil edən psixotrop maddə - metamfetamin aşkarlanıb.
Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi