Customs service is one of the main attributes of the independence of any state.

Külli miqdarda mobil telefonlar aşkarlanıb

Külli miqdarda mobil telefonlar aşkarlanıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mobil telefonları Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar.

Dubay-Bakı aviareysi ilə gələn Koreya Respublikası vətəndaşı "Yaşıl kanal" buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən gömrükçülər tərəfindən saxlanılıb və "Qırmızı kanal"a yönləndirilib.

Baxış keçirilməsi üçün vətəndaş yoxlama otağına dəvət olunub. Bu zaman ona məxsus çamadanda əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və yazılı formada bəyan olunmayan 15 ədəd "İphone", 1 ədəd "Huawei", 49 ədəd "Samsung" markalı mobil telefonlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

6 February 2020 00:00
195