Customs service is one of the main attributes of the independence of any state.

Üzərində gizlətdiyi mobil telefonları keçirə bilmədi

Üzərində gizlətdiyi mobil telefonları keçirə bilmədi

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Audi A4" markalı minik nəqliyyat vasitəsil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Lakın yoxlama zamanı vətəndaşın üzərində 6 ədəd "Samsung Galaxy A10 S" markalı mobil telefon aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

11 February 2020 00:00
195