Customs service is one of the main attributes of the independence of any state.

Avtomobildə mobil telefonlar aşkarlandı

Avtomobildə mobil telefonlar aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Rover-45" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin qabaq oturacaqlarının içərisində 4 ədəd "Redmi Note 8", 1 ədəd "Redmi Note 8 Pro" və 1 ədəd "Samsung Galaxy A20 S" markalı mobil telefon aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

13 February 2020 00:00
195