Customs service is one of the main attributes of the independence of any state.

Kinoloji xidmət itinin reaksiyası nəticəsində siqaretlər aşkarlandı

Kinoloji xidmət itinin reaksiyası nəticəsində siqaretlər aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Vaz 21063" markalı nəqliyyat vasitəsi ilə gələn avtomobil kinoloji xidmət itinin reaksiyası nəticəsində saxlanılıb və şifahi sorğu-sual olunub.Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.Lakin yoxlama zamanı, avtomobilin yük yerində və arxa, ön oturacaqların altından 24000 ədəd "King" markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

14 February 2020 00:00
195