Customs service is one of the main attributes of the independence of any state.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Gömrük Akademiyasında olub

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Gömrük Akademiyasında olub

Fevralın 19-da Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Dövlət Gömrük Komitəsinin Akademiyasında "Avropa İttifaqı və Azərbaycan: gələcək üçün tərəfdaşlıq" mövzusunda mühazirə ilə çıxış edib.

Tədbir çərçivəsində Akademiyanın rəisi Qulu Novruzov və Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas arasında görüş keçirilib.

Qonağı salamlayan Qulu Novruzov Akademiyanın fəaliyyəti, tədris prosesi, ixtisaslar haqqında geniş məlumat verib. Akademiya rəisi beynəlxalq əməkdaşlığa böyük önəm verildiyini bildirərək, 2020-ci ilin Akademiyada "Beynəlxalq əməkdaşlıq ili" elan olunduğunu qeyd edib.

Görüşdə gələcək əməkdaşlıqla bağlı müzakirələr, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonra qonaq Akademiyada yaradılan infrastrukturla tanış olub.

Kestutis Yankauskas "Avropa İttifaqı və Azərbaycan: gələcək üçün tərəfdaşlıq" mövzusunda mühazirə ilə çıxış edib, Avropa İttifaqının tarixi başlanğıcından, onun əsaslarından, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasındakı münasibətlərdən danışıb.

Sonda o, müəllim və tələbələrin suallarını cavablandırıb.

19 February 2020 00:00
195