Customs service is one of the main attributes of the independence of any state.

Yanacaq çənində kompüter üçün yaddaş qurğuları aşkarlandı

Yanacaq çənində kompüter üçün yaddaş qurğuları aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə idarə etdiyi "Mercedes-Benz 190" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual edilib.Sorğu-sual zamanı o, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlaması zamanı avtomobilin yanacaq çənindən üzərində 7 ədəd "My Passport 1tb", 3 ədəd "My Passport 2 tb", 6 ədəd "Expansion 2tb", 9 ədəd "Samsung V-Nanad SSD 860 EVO 500 GB" yazılan kompüter üçün yaddaş qurğuları aşkarlanıb.Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

28 February 2020 00:00
195