Customs service is one of the main attributes of the independence of any state.

Narkotik vasitə aşkarlandı

Narkotik vasitə aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Mazımçay" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes-Benz" markalı avtomobil ilə gələn həmin ölkə vətəndaşı saxlanılıb.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində və üzərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildirsə də, şəxsi yoxlama zamanı vətəndaşa məxsus pul qabının içərisində olan bir ədəd kağız bükülüdə çəkisi 2 qram olan narkotik vasitə-marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

2 March 2020 00:00
195