Customs service is one of the main attributes of the independence of any state.

Mobil telefonları avtomobilin mühərrik hissəsində gizlətdi

Mobil telefonları avtomobilin mühərrik hissəsində gizlətdi

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə idarə etdiyi "Mercedes Benz" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb.

Şifahi sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, gömrük yoxlaması zamanı avtomobilin mühərrik hissəsində 5 ədəd "Redmi 7A" markalı mobil telefon və aksesuarları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

2 March 2020 00:00
195