Customs service is one of the main attributes of the independence of any state.

Avtomobildə gizlədilən ehtiyat hissələri aşkarlandı

Avtomobildə gizlədilən ehtiyat hissələri aşkarlandı

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Xanoba" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ-21074" markalı avtomobil saxlanılıb və gömrük yoxlaması aparılıb.Yoxlama zamanı nəqliyyat vasitəsinin alt hissəsində, yük yerindəki ehtiyat təkərin və rezin örtüyün altından, gömrük nəzarətindən gizlədilən 6 adda 12 ədəd avtomobil ehtiyat hissəsi aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

3 March 2020 00:00
195