Customs service is one of the main attributes of the independence of any state.

Siqaretləri gizlədərək keçirməyə cəhd etdi

Siqaretləri gizlədərək keçirməyə cəhd etdi

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 2 fakt üzrə 17 000 ədəd "King" markalı siqaretlərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Belə ki, İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi "BMV 523", "Mercedes Benz" markalı avtomobillər saxlanılıb və gömrük baxışı keçirilib.Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 17 000 ədəd "King" markalı siqaret aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

3 March 2020 00:00
195