Customs service is one of the main attributes of the independence of any state.

Mobil telefonların qeyri-qanuni yolla keçirmə cəhdinin qarşısı alınıb

Mobil telefonların qeyri-qanuni yolla keçirmə cəhdinin qarşısı alınıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mobil telefonları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni yollarla keçirmə cəhdinin qarşısını alıblar.Belə ki, Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşları Hədəflərin müəyyənləşdirilməsi bölməsi tərəfindən nəzarətə götürülüb. Həmin şəxslər "Yaşıl kanal" buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən saxlanılıb.Yoxlama zamanı hər iki vətəndaşın qarın nahiyyəsində kəmərin altında, gödəkçəsinin iç cibində gömrük nəzarətindən gizlədilən və bəyan olunmayan, ümumilikdə 16 ədəd "İphone 11 64GB" markalı mobil telefon aşkarlanıb.Vətəndaşların birinin çamadanında isə 1 ədəd "İphone 7 64GB" markalı mobil telefon, 26 ədəd qidalandırıcı başlıq, 28 ədəd USB, qulaqlıq, mobil telefon üçün qutu və onlara aid sənədlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

10 March 2020 00:00
195