Customs service is one of the main attributes of the independence of any state.

Avtomobillərdə xeyli miqdarda tütün məmulatları aşkarlandı

Avtomobillərdə xeyli miqdarda tütün məmulatları aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda martın 12-də idarə etdikləri "VAZ-21060", "Opel Vectra" və "Vaz-2101"markalı avtomobillər ilə Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşları Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual olunublar.

Şifahi sorğu-sual zamanı vətəndaşlar idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetlərin olmadığını bildiriblər. Lakin kinoloji xidmət itinin reaksiyası nəticəsində avtomobillərin gizli saxlanc yerlərindən 8000 ədəd "King", 2000 ədəd "Marlboro" və  10 min ədəd "De Santis" markalı siqaretlər aşkar edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

16 March 2020 00:00
195